Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (13-01-2025, 22:54)
Nazirin qohumu icra başçısına əzələ nümayiş etdirir..


 “Mediatv.az” xəbər portalının daimi oxucuları, bir neçə gün əvvəl dərc etdiyimiz “Nazirin idarə rəisi işləyən xalası nəvəsinin diplomu qanunidirmi?” sərlövhəli tənqidi məqaləmizin qayəsini yəqin ki xatırlayarlar. Söhbət Gənclər və İdman naziri Fərid Qayıbovun xalası nəvəsi olduğu iddia edilən, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadənin idarədaxili kadr siyasətində rəvac verdiyi qanunsuzluqlardan, Azərbaycanda deyil, müharibə gedən, korrupsiyanın tüğyan etdiyi Ukraynanın imtahansız daxil olduğu universitetlərindən birindən ali təhsil diplomu əldə etməsindən, Lənkəran Rayon İcra Hakimiyyəti başçısı cənab Taleh Qaraşovla yola getməməsindən, rayon rəhbərliyinin təşkil etdiyi ictimai tədbirlərə öz sferasında təşkilati dəstək verməkdən boyun qaçırmasından və s. gedirdi.Bu günlərdə saytımıza daxil olan ilginc məlumatlar Teymur Babazadənin nəyə görə Taleh Qaraşova əzələ nümayiş etdirməsi sualının haradasa cavabını verir desək, bəlkə də yanılmarıq. Məsələ burasıdır ki, məlumatda Teymur Babazadənin Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunduğu bildirilir. Həmçinin qeyd olunur ki, Teymur Babazadənin hədəfi Taleh Qaraşovu vəzifədən kənarlaşdırılmasına nail olmaq və yaxın perspektivdə onun yerinə keçməkdir. Maraqlı və həm də təəccüb doğuran haldır, deyilmi?: Dövlət İmtahan Mərkəzinin testlərindən 20-30 bal yığasan, Azərbaycanda ali məktəbə daxil olmaq arzun suya düşə, gedib xarici ölkədən qeyri-legitim diplom əldə edəsən, sonra da ikinci ali təhsil kimi Dövlət İdarəçiliyi Akademiyasına üz tutasan. Dövlər İmtahan Mərkəzinin keçirdiyi imtahandan 20-30 bal yığan bir şəxsin,Dövlət İdarəçiliyi Akademiyası kimi sanballı bir univesitetdə qış və yay semestr imtahanları necə verəcəyi özü-özlüyündə müəyyən suallara yol açır.Digər tərəfdən Dövlət qulluğunda rəhbər vəzifələr tutmaq üçün, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan test imtahanında iştirak etməyib və yüksək nəticələr gösdərib sertifikat almayıb.Dövlətimizin idarəçiliyinin belə adamlara verilməsinə göz yummaq olarmı? Görünür ki, Teynur Babazadənin beli bağlıdır, onun savadının kəsirinə göz yumulacağı vəd olunub.Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, əslində Teymur Babayev deputat mandatyı almaq həvəsinə düşübmüş və 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərinə qatılacaqmış. Lakin son anda yuxarıdan razılıq almadığına görə fikrindən daşınıb. Görünür, “könlünü almaq” üçün hədəfi dəyişməsi tövsiyə olunub.Mövzuya qayıdacağıq.
Qarşı tərəfin cavab haqqını tanıyırıq..
   
    Mediatv.azшаблоны для dle 11.2

Xəbər lenti
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
14 01 2025
13 01 2025
13 01 2025
13 01 2025
13 01 2025
13 01 2025