Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (14-06-2024, 17:51)
Bir ildə 43 milyonluq tender udan iş adamı nədən narazıdır?

 Dövlət Əmək Müfəttişliyi Xidməti tenderlərdə fəal iştirak edən "Şəms-95” MMC-nin direktoru Qasım Qasımovu cərimələyib. 

Qaynarinfo-nun məlumatına görə, Qasım Qasımova İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə yazılıb. 

Bu maddə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlıdır. Beləliklə, ittihamdan aydın olur ki, Qasım Qasımov Əmək Məcəlləsini pozub. O, müqaviləsiz işçilər çalışdırıb.

Bu inzibati xətaya görə fiziki şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Qasım Qasımov dövlət xidmətinin qərarı ilə razılaşmayıb. O, qərardan məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Şirkət rəhbərinin şikayətinə Xətai Rayon Məhkəməsində baxılacaq. Sülhanə Hacıyeva iş üzrə hakim təyin edilib. 

Qasım Qasımovun rəhbəri olduğu "Şəms-95” MMC 17 fevral 1995-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Qasım Qasımovun özüdür. 

"Şəms-95” MMC tikinti sektorunda fəaliyyət göstərir. Şirkət təkcə ötən il 43 850 632, 42 manatlıq satınalma müqaviləsi imzalayıb. Müqavilələr Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə bağlanıb. 

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti ilə bağlanan və maliyyə dəyəri 42 491 850,28 manat olan müqavilədə Ağdam rayonu, Kəngərli kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə bağlanan və maliyyə dəyəri 1 358 782,14 manat olan müqavilədə isə Regionlarda bir sıra təhsil müəsissələrində cari təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024