Karusel (1-03-2015, 22:37)
Özəlləşdirmək üçün 120 min verdilər- Dələduzluq
Bakıda sahibkar dələduzluqla üzləşib.
“Mediatv.az” lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən Xətai rayon sakini, 1962-ci il təvəllüdlü Abdullayev Əsədulla Cankişi oğlu 2009-cu ilin sentabr ayında Ramiz adlı şəxsə 120 min manat verdiyini deyib. Şikayətçi qeyd edib ki, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində 32 kvadrat metr sahəsi olan obyekti var. Həmin vaxt obyektin qarşısında Ramiz adlı tanışına obyekti özəlləşdirmək üçün 120 min manat pul verib. Bir neçə il keçməsinə baxmayaraq həmin şəxs verdiyi vədi yerinə yetirməyib və obyektin özəlləşməsi mümkün olmayıb. İşin alınmadığını görən Ramiz bu müddət ərzində pulun yarısını, yəni 60 min manatı hissə-hissə Ə.Abdullayevə qaytarıb. Lakin pulun digər yarısını hələ də qaytarmayıb.
Ə.Abdullayev vəsaitin digər hissəsinin geri qaytarılmasında polisdən kömək istəyib.