Karusel (7-03-2014, 10:06)
Bakının 105 illik almaz boyunbağısı
Bu il dənizkənarı azərbaycanlı mühəndis Məmmədhəsən Hacınskinin təşəbbüsü ilə salınmış bulvarın yaradılmasından 105 il ötür
Bulvar hər zaman şəhər sakinlərinin və qonaqların diqqət mərkəzində olub. Onu əbəs yerə "Bakının almaz boyunbağısı" adlandırmırlar.
Yaşlı nəslin nümayəndələri üçün isə dənizkənarı park xüsusilə əzizdir. Axı bu məkan onların gözləri önündə genişlənərək, gözəlləşib və ildən ilə cavanlaşıb. Milli park bunlarla yanaşı müasirlik ruhunu da canına çəkib.
Bu il dənizkənarı bulvarın yaradılmasından 105 il ötür. Bulvarın yaradılmasının təşəbbüskarı azərbaycanlı mühəndis Məmmədhəsən Hacınski olub.
Bakı bulvarının 105-ci baharı münasibəti ilə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun yanında olduq. Ondan parkda yeniliklər və istirahət zonasının bahara hazırlığı haqqında danışmağı xahiş etdik.
- 2008-ci ildə prezident İlham Əliyev yeni bir fərmanı ilə, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yarandı və həmin gündən başlıyaraq bu günə kimi dayanmadan gecə-gündüz bulvarımızda bərpa, yenidənqurma, tikinti, təmir, abadlaşdırma, yaşıllaşdırma, bulvarın hər iki tərəfə genişlənmə işləri aparılır. Bu müddətə bulvara qətiyyən yaraşmayan tikililər sökülüb. Sökülən ərazilərdə gül, çiçək, ağac, yaşıllıq sahəsi salınıb. Hərdən insanlar, əsasən də yaşlı nəslin numayəndələri bulvardakı bəzi tikililərin sökülməsindən heyfsləndiklərini bildirirlər. Amma sökülmüş köhnə tikililərin yerində təzələri tikilmir, əgər tikilirsə də bu tikinti bərpa məqsədilə həyata keçirilir. Bir misal gətirim. Venesiya sökülüb yerində yeni Venesiya şəhərciyi tikildi. Yeni Venesiya şəhərciyi əvvəlkindən daha müasir, gözəl-səliqəli, daha xoşa gələndir. Fürsətdən istifadə edərək Venesiya şəhərciyindəki kanalları da genişləndirdik. Ancaq ora ziyan vurulmadı. Şəhərcikdəki əvvəl olan adalar hamısı qorunub saxlanıldı.
Yeni yay mövsümü ərəfəsində bulvara gələn sakinləri gözləyən yeniliklərdən söhbət açaraq demək istəyirəm ki, Yeni il ərəfəsində biz 650 oturacaq yeri olan yeni bir gəmi aldıq. Bu, çox müasir bir gəmidir. Gəminin adı “Mirvari“dir. Gəmi artıq istifadəyə verilib və insanlar tərəfindən çox böyük həvəslə qarşılanıb. Bu gəminin digərlərindən əsas üstün cəhəti odur ki, bunun iki bağlı zalı var. Qışda, yağışda, soyuq havada insanlar orda rahat otura bilərlər. Həm də “Mirvari“də açıq bir böyük zal var. Yay mövsümündə insanlar istəsələr açıq havada bu zaldan istifadə edə bilərlər. Qeyd edim ki, ilk dəfədir ki, Azərbaycanda bir gəzinti gəmisində Fast Food yeməklər təklif edilir.
İkinci yenilik isə “Ətrafa baxış çarxı“ artıq demək olar ki, hazırdır. Bu attraksion Avropada tanınan Niderlandın “Dutch Wheels“ şirkəti tərəfindən quraşdırılıb. Bu attraksion gündüz ayrı cür, gecə isə bir başqa cür bulvara gözəllik verəcək. Təxminən bir aya yaxındır ki, biz bu attraksionu sınaqdan keçiririk. Çünki o şırkətin numayəndələri bir müddətdən sonra çıxıb gedəcəklər. Biz orda işləmək üçün xususi komanda yaratmışıq. Muasir, savadlı, xarici dil bilən insanlardan orda işləmək üçün seçmişik. Xarici şirkət onlara treyninq keçir. Bu attraksionun digər karusellərdən fərqi odur ki, burada bütün sistemlər, qapıların açılıb bağlanması, hərəkətə gəlməsi, isitmə və soyutma sistemi, bir sözlə hər şey Wi-Fi vasitəsi ilə idarə ediləcək. Bu qurğu küləyin sürətinə də, zəlzələnin gücünə, hər bir şeyə hesablanıb. Düşünürəm ki, attraksionun Novruz bayramına qədər istifadəsi başlayar.
- Bulvarda olan attraksionların ətraflarında izdiham müşahidə olunur. Gündüz saatlarında isə onların qarşısı çox vaxt boş olur. Məncə boş qalmaqdansa, yüksək qiyməti günorta vaxtlarında endirmək olar. Bununla həm sahibkarlara xeyir vermək olar, həm də valideynlər uşaqlarını günorta saatlarında attraksionlara gətirə bilər. Siz necə fikirləşirsiniz?
- Çox yaxşı fikirdir, amma nəzərə almaq lazımdır ki, Azərbaycanda qiyməti bazar iqtisadiyyatı tənzimləyir. Bulvar idarəsinin qiymətləri nə artırmaq, nə də azaltmaq hüqüqu yoxdur. Biz sadəcə təklif verə bilərik. Bizim bunadək müxtəlif təkliflərimiz olub. Gələcəkdə sahibkarlara buna bənzər təkliflər verəcəyik. Fürsətdən istifadə edib attraksion sahibkarlarına bir şeyə görə təşəkkür edirəm. Biz ilk dəfə 2011-ci ildə iyunun birində uşaqlar üçün pulsuz aksiya keçirdik. Fikirləşdik ki, belə aksiyaları tez-tez edək. Sahibkarlar bizim fikrimizə qoşularaq razılıq verdilər. İldə 8-9 belə aksiya keçirilir.
- Attraksionlarda təhlükəsiz məsələlərini necə təmin edirsiniz?
- Karusellər tam təhlükəsizdir. Biz buna cavab veririk, məssüliyət daşıyırıq. Təkcə sahibkar yox, Bulvar idarəsi də buna məsuliyyət daşıyır. Bizim Milli Park müəssisəsinin xususi bu işlərə cavabdeh olan mühəndisi var. Bundan da əlavə FHN-nin məhz bu cür qurğularda təhlükəsizliyə nəzarət şöbəsi var. Onlar da ilin hər rübündə bir dəfə attraksionları yoxlayırlar. Bəzən elə olur ki, özümüz attraksionun təhlükəsizliyindən şübhələndikdə, tutaq ki, karuselin səsi xoşumuza gəlməyəndə, yaxud da trosdan arxayın olmaq üçün qrafikdan əlavə onları dəvət edirik.
- İnsanlar park sözünü eşidən kimi onlarda kölgəli xiyaban, isti gündə ağacın kölgəsindən yaranan sərinlik ilə assosiyasiya olunur. Bu cür xiyabanların əksəriyyəti bulvarın köhnə hissəsində var. Yayın istisində orada uşaqları gəzməyə çıxardırlar. Bulvarın yeni hissəsində heç olmasa oturacaqların ətrafında yerli növlü geniş kölgə verən ağacların əkilməsi günorta vaxtı istirahət edən insanlar üçün yaxşı olardı. Siz necə fikirləşirsiniz?
- Yaşıllaşdırma işlərinin genişdirilməsi, yaxşılaşdırması daim bizim nəzərimizdə olan məsələdir. Bulvarın yeni hissəsində yaşılliqları genişləndimək nəzərdə tutulub. Özü də kölgə verən ağacları artırmaq fikrimiz var. Əgər siz diqqətlə o ərazini gəzsəniz, orda ancaq sahil xəttinə yaxın birinci sırada dekorativ böyük ağaclar əkildiyini görərsiniz. İkinci, üçüncü cərgələr arasında çoxlu söyüdlər, çinarlar, yəni Azərbaycanda bitən gənc ağaclar əkiliblər.
Onların xususi kölgə salmağına böyülməsinə illərlə vaxt lazımdır. Amma bu proses davam edəcək, çünki ümümiyyətlə birmənalı olaraq bulvar sözünün mənası “yaşıl məkan“, “yaşıl sahə“, “yaşıl yer“ deməkdir. O ona görə bulvar adlanır ki, siz deyən kimi orda ağacların sayı çox olmalıdır, kölgəlik verən, yaşıllıq salan ağacların sayı çox olmalıdır. Bu, bizim prioritet məsələlərimizdəndir. “Mirvari“ kafesı ilı üz-üzə olan daş palıd növündən dörd dənə nəhəng ağac var. O, çox nadir və qiymətli ağaclardır. Biz, hətta onların gözəl qol-budağından istifadə edərək, onun altında xususi çay içmək, istirahət etmək üçün yer də ayırmışıq. Bu ağaclar təbii çətirdir. Dəniz kənarı bulvarında ağac var ki, onların 80-100 yaşı var və biz onların yaşını və hansı növ olduğunu xususi yazı ilə onun qarşısına yerləşdirməyi planlaşdırırıq ki, gələn turistlər onlarla tanış ola bilsinlər.
- Çay dediniz, yadıma düşdü. Ötən illər parka gələn sakinlər gileylənirdilər ki, iaşə obyeklərinə sadə çay xahiş edənlərə xidmət göstərmirlər. Çay yalnız “Dəstgah“ sifariş edənlərə verilir.
- Bəli elə problemlər olub. Bulvar idarəsinin “qaynar xətt“ telefonunu özümdə gəzdirirəm və 24 saat ona özüm cavab verirəm. Elə olub ki, gecə saat ikidə, üçdə əsasən yay vaxtı belə şikayətlər olub. Dərhal gəlmişəm, yerində də araşdırmışam. Həmin obyektin rəhbəri də bu işi görən şəxs də adətən işdən azad olunub. Bəzi hallarda şikayətçi çox xahiş edib ki, onun məqsədi o işçinin işdən azad etməsi olmayıb. İnsanlar çox təkid edərək onları işdən azad etməməyi xahiş ediblər. Mənim bir mənalı mövqeyim odur ki, insanlara hər şeyi düz demək lazımdır.
Yəni, sən çayın qiymətini iki manat qoy. Yox görürsən ki, qoyduğun qiymət sənə sərf etmir, üç manat elə, gələn də bilsin ki, onun bunu almaq imkanı var, yoxsa yox. Yoxsa sən dəsgahı gətir, zorla qoy qabağına ki, sən bunu da almalısan, bunu da almalısan. Bu bir mənalı qanunsuzdur. Ona görə bütün obyektlərə tapşırılıb ki, sadə çay istəyən insanlara , çay yəni - bir çaynik, gənd və limon iki manatdan baha ola bilməz. Hansı parkın ağıllı rəhbəri istəyər ki, onun işçisi işinə xələl gətirsin? Sadəcə olaraq işçiləri seçmək, tapmaq, tanımaq bəzən çətinlik törədir. Belə kadrları biz axtarırıq, tədricən seçirik və formalaşdırırıq. Son illərdə bu kadr məsələlərində irəliyiş müşahidə olunur. Və bunun nəticəsidir ki, qaynar xəttə qələn axırıncı zəng bir neçə ay bundan qabağ olub.
- Hal hazırda bulvarda həyata keçirilən dəniz suyunun təmizlənməsi üçün işlər haqqında nə deyə bilərsiniz ?
- Artıq dörd ildir ki, “Bulvar – 1“ adlanan belə gəmi var. O, Xəzər donanmasına aiddir, amma o, bizimlə sıx işləyir. Biz onların kapitanları ilə tam ələqəliyik. Onlar həftənin altı gününü kulək olmayanda daimə gecə-gündüz işləyirlər, həm suyun üzərindən xususi qurğu vasitəsi ilə nefti yığıb təkrar emal üçün təhvil verirlər, həm də məişət tullantılarını yığırlar. Bu gəmilərin dörd illik fəaliyyətinin nəticələrini artıq Bakı sakinləri də hiss edir. Biz özümüz də görürük.
- Yekün olaraq bulvar ərazisinin uzadılma müddəti haqda məlumat verməyinizi xaiş edirik.
- Deməli, 2015-ci ilin yayına gədər bulvar 15 km olacaq. Bu ərazi qismən hazırdır. Orda bir az tamamlama işləri qalıb. Bilirsiniz ki, bulvarın köhnə hissəsi dəniz vaqzalından idman sarayına qədər 3 km idi. Daha 2 km-ə yaxın “Avrovisiya” mahnı müsabiqəsi vaxtı Bayraq Meydanına qədər istifadəyə verildi. Bu gün Bayraq Meydanının ətrafında kristal xolun tam ətrafını qəzmək şərti ilə Bayıl istiqamətində daha bir 7 km ərazi var və 3 km də Dəniz vaqzalından Nobel prospektı istiqamətində, Amay ticarət mərkəzinin yanına qədər, Neftayırma zavodlarına gədər 3 km də orda işlərin 50-60%-i görülüb. Hətta ağacları da əkilib. 2015-ci ilin yayına gədər, hətta Avropa oyunlarından tez 15 kilometrlik bulvarı qəzmək olacaq.