Karusel / Redaktor seçimi (Bu gün, 16:56)
Xətai rayonunda qanunsuz artırma: strateji boru xəttinin üzərində biznes maraqları
Bakının Xətai rayonu, Qədir Məmmədov və Cavanşir küçələrinin kəsişməsi növbəti qanunsuz tikinti faktı ilə gündəmə gəlib. Sözügedən ərazidə tikinti materialları satan dükan heç bir rəsmi icazə olmadan obyektini genişləndirir, açıq-aşkar artırma işləri aparır.
Məsələ təkcə şəhərsalma qaydalarının pozulması ilə bitmir.
Mediatv.az-ın redaksiyasına daxil olan ciddi və narahatedici məlumatlara görə, obyektin arxa hissəsindən strateji əhəmiyyət daşıyan boru xətti keçir. Belə bir ərazidə nəinki tikinti aparmaq, hətta torpaq işləri görmək belə ciddi təhlükə mənbəyidir.Xətai rayonunda ərazidə aparılan bütün tikinti işlərinə nəzarət Xətai Rayon İcra Hakimiyyətinin birbaşa səlahiyyətinə daxildir. Qanunvericiliyə əsasən, icra hakimiyyəti: icazəsiz tikintilərin qarşısını almağa və dərhal tikintini dayandırmağa borcludur.Bu qədər açıq qanun pozuntusu aidiyyatı qurumların xəbəri olmadan mümkündürmü? Yoxsa sahibkara hansısa səviyyədə “toxunulmazlıq” verilib?
Təhlükəsizlik harda qaldı?
Strateji boru xətləri — qaz, su və ya digər mühüm kommunikasiya xətləri — xüsusi mühafizə zonalarına daxildir. Bu zonalarda tikinti işləri aparmaq qanunla qadağandır və bu cür hallarda Fövqəladə Hallar Nazirliyi, müvafiq kommunal qurumlar və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dərhal reaksiya verməlidir. Adi vətəndaş bir hasar çəkəndə cərimələnir, amma strateji boru xəttinin yaxınlığında obyekt böyüdülür – nə protokol var, nə də iş dayandırılır. Bu, artıq sadə qanun pozuntusu deyil, ictimai təhlükəsizliyə açıq təhdiddir.Ən acınacaqlısı isə odur ki, bütün bu risklərə baxmayaraq, qanunsuz artırma işləri gündüz vaxtı, açıq şəkildə davam etdirilir. Bu da onu göstərir ki, obyekt sahibi özünü toxunulmaz hesab edir.Xətai Rayon İcra Hakimiyyətini, Fövqəladə Hallar Nazirliyini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və strateji boru xətlərinə cavabdeh olan qurumlar məsələyə dərhal müdaxilə etməlidirlər. Bu gün susan məmurlar bilməlidir ki, strateji boru xəttinin üzərində aparılan qanunsuz tikintinin nəticələri sabah faciəyə çevrilərsə, “xəbərimiz yox idi” arqumenti heç kimi xilas etməyəcək.
Yazıda adı çəkilən qurumların və şəxslərin cavab haqqını tanıyırıq.
Mediatv.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
2 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
1 01 2026
31 12 2025
31 12 2025

























