Karusel / Redaktor seçimi (Dünən, 21:17)
“Pilgrim Education” şirkəti tərəfindən aldanınanlar Ölkə Prezidentindən və Mehriban xanım Əliyevadan kömək isdədilər-FOTOLAR

“Beynəlxalq dil sertifikatı olmadan bəzi Qərb ölkələrinin universitetlərinə tələbə qəbulu etdirən xaricdə təhsil şirkətlərinin bir çoxu saxtakarlıqla məşğuldurlar”.
"Xaricdə təhsil", "İmtahansız tələbə adını qazan" kimi şüarlarla paytaxtın hər küncünü bəzəyən reklam sahibi olan müxtəlif şirkətlərın fırıldaqları ilə üzləşənlər də az olmur.Bu təhsil maklerləri azərbaycanlı gənclərdən aldıqları yüksək məbləğdə vəsait hesabına 4 il ərzində onların bütün təhsil problemlərini də “həll etməyi” öz üzərlərinə götürürlər.O şirkətlərin vədləri çox acınacaqlıdır. Bu cür şirkətlər Azərbaycanda kifayət qədərdir. Dərs ilinin başlamasına baxmayaraq, hələ də attestatla xaricdə təhsil adı ilə o bazar davam edir və təəssüf ki, o şirkətlərin vədlərinə inanan insanlar kifayət qədərdir. Bu baxımdan insanlar diqqətli olmalı və bu şirkətlərin vədlərinə aldanmamalıdır.Belə şirkətlərin sahibləri istədikləri kimi fəaliyyət göstərir, istənilən ad altında fırıldaqçılıq edərək vətəndaşları aldatmaq üçün zəmin tapırlar. Xüsusilə “xaricdə təhsil” adı altında fəaliyyət göstərən “Pilgrim Education” kimi bir qurum birbaşa vətəndaşların pullarını mənimsəyir. Nəticədə onlar hüquqi yolla haqlarını tələb edə bilmirlər, çünki ortada nə müqavilə, nə qeydiyyat, nə də lisenziya var.

Bir neçə gün Mediatv.az xəbər portalında Tribunainfo.az-a istinadən Xaricdə təhsil vədi verən “Pilgrim Education” ailələri aldatmağa davam edir(https://mediatv.az/karusel/128624-xaricde-tehsil-vedi-veren-pilgrim-education-aileleri-aldatmaga-davam-edir.html) sərlövhəli məqalə dərc etmişdik və bu məqaləni Mediatv.az xəbər portalının instagram səhifəsində paylaşmışdıq.Qısa bir vaxtda Mediatv.az xəbər portalının instagram səhifəsin 71 mindən artıq baxış gəlmiş,şərh bölümündə isə 160-dan artıq fikir bildirilmişdir.Əksər izləyicilərimiz “Pilgrim Education” şirkətinin rəhbəri Aisa Aslanova tərəfindən aldanıldıqlarını və pullarının geri qaytarılmamısdan şikayətlənirlər.Onlar Aisa Aslanovanın kimlərsə tərəfindən himayə olunduğunu, ölkə prezidenti İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan bu qanunazidd fəaliyyətin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini ,onlara dəymiş maddi ziyanın geri qaytarılması üçün aidiyyatı qurumlara göstəriş verilməsini xahiş edirlər.
Araşdırmamız davam edir..
Qarşı tərəfin cavab haqqını tanıyırıq.











Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025
2 10 2025