Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Araşdırma (28-08-2020, 22:53)
542 min manat vergi borcu olan şirkət tenderləri necə udur? - FOTO

542 min manat vergi borcu olan şirkət tenderləri necə udur?
Bərdə və Ucar rayon Mərkəzi Xəstəxanaları tərəfindən keçirilən tenderlərin qalib “Harmony İndustrial Construction and Enginering Group” MMC və “Piramida-F.R.” MMC olub.
Yeniavaz.com xəbər verir ki, açıqlanan rəsmi məlumatda hər iki qurumun liftlərə texniki xidmət göstərəcəyi qeyd olunub. Bu iş üçün “Harmony İndustrial Construction and Enginering Group” MMC Bərdə rayon Mərkəzi Xəstəxanasından 3 min 600 manat, “Piramida-F.R.” MMC isə Ucar rayon Mərkəzi Xəstəxanasından 12 min 600 manat alacaq.
Maraqlıdır ki, hər iki şirkətin VÖEN-i (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) eyni rəqəmlərdən ibarətdir – 1500429791. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “Piramida-F.R.” MMC adlı şirkət mövcud deyil. Reyestr məlumatlarında VÖEN-i 1500429791 olan yalnız “Harmony İndustrial Construction and Enginering Group” MMC barədə məlumat var. Bu şirkətin 2005-ci ildə dövlət qeydiyyatına alındığı və 10 manat nizamnamə kapitalına malik olduğu qeyd olunur. Hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 52, m. 20-də yerləşən şirkətin qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur. Ehtimal etmək olar ki, “Harmony İndustrial Construstion and Enginering Group” MMC –nin əvvəlki adı “Piramida-FR” MMC olub. Lakin, ad dəyişikiyi barədə açıq mənbələrdə heç bir məlumata rast gəlmək olmur.
Hazırda reyestr məlumatlarında “Piramida-F.R.” adlı şirkət mövcud olmadığı halda, bu şirkətə məxsus olduğu bildirilən “a-trade.az” saytında müvafiq dəyişikliklər aparılmayıb.
Məlumat üçün bildirək ki, “Piramida-F.R.” MMC 2010-cu ildən bugünə kimi onlarla tender müsabiqəsinin qalibi olub. Şirkət milyon manatlıq böyük tenderlərin də qalibi olub. “Piramida-F.R.” MMC 2015-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin 2 milyon 700 min manatlıq tender müsabiqəsini udub.
Onu da bildirək ki, ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti "Piramida-F.R." MMC barədə protokol tərtib edib. Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Bundan başqa, 2018-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC də "Piramida-F.R." MMC-ni məhkəməyə verib. "Piramida-F.R." MMC “Holcim” ASC-yə olan borcunu ödəməməkdə təqsirli bilinib və borcun hissə-hissə ödənilməsi barədə qərar verilib.
"Piramida-F.R." MMC ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, bu şirkətin qeydiyyatda olduğu ünvanda daha 2 şirkət qeydiyyatdadır. Bunlardan biri qanuni təmsilçisi yenə də Orucov Əlövsət Bilal oğlu olan “Piramida-2001” firması, digəri isə qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı (soyadları eynidir) olan “A-Marble” MMC-dir.
Haqqında bəhs etdiyimiz şirkətlə bağlı daha bir qəribəlik odur ki, təkcə 2020-ci ilin ötən dövrü ərzində ümumi dəyəri 1 milyon manata çatan tender müsabiqələrinin qalibi olan “Harmony İndustrial Construction and Enginering Group” MMC və ya “Piramida-F.R.” MMC-nin dövlət büdcəsinə 542 min 291 min manat 38 qəpik borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
“Harmony İndustrial Construction and Enginering Group” MMC-nin iştirak etdiyi sonuncu tender müsabiqəsi bir ay əvvəl – iyul ayında baş tutub. Əgər iyun ayında şirkətin vergi borcu olmayıbsa, o zaman yarım milyon manatlıq borc son bir ayda necə yaranıb?
Məsələ ilə bağlı adı keçən şirkətlə əlaqə saxlmağa cəhd etsək də, telefon zənglərimizə cavab verən olmadı.

542 min manat vergi borcu olan şirkət tenderləri necə udur?
542 min manat vergi borcu olan şirkət tenderləri necə udur?
542 min manat vergi borcu olan şirkət tenderləri necə udur?


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024