İqtisadiyyat / Karusel (4-08-2020, 10:30)
Beynəlxalq Bank müştəriləri incidir - GİLEY
"Şikayətim Azərbaycan Beynəlxalq Bankındandır. Debet kart-dan məxaric etdiyimə görə hər 100 AZN nağdlaşdırmaya 1.01 AZN komissiya haqqı tutublar, İBA ATM-də nağdlaşdırmağa baxmayaraq, başqa ATM olsaydı, daha çox olacaqdı komissiya haqqı". DİA.AZ bildirir ki, bu sözlər Bakı sakini Elşən Zamanovun şikayətində yer alıb.
Daha sonra narazı vətəndaş bildirir: "Şikayətim bundan deyil, 20-30 saniyəlik qısa danışığa görə 40+ dəqiqə gözləməyimdir. Abunə olduğunu nəzərə alsaq, bu o qədər də mənə təsir etmir, bəs abunə olmayanlar? Dəqiqəsinə görə pul ödəyənlər?
Operatora bu qədər gözləməyimin səbəbi soruşanda isə operatorun laqeyd şəkildə (başqa nə gözləyirdin? Kimi) “şablon” (“müştərilərimiz çoxdur” Hansı ki, daha tutarlı cavab gözləyirdim) cavab verməsi məni dərindən sarsıtdı. Pandemiyaya görə yerində xidmət əvəzinə online müraciət edəcək şəxslərin sayında ciddi artım olacağını kifayət qədər təcrübəli və səriştəli əməkdaşları olan İBA əvvəlcədən müyyən etməli və buna görə də müvafiq addımlar atmalı idi. Demək ki, evdə oturub-gözləməyin stresinin təsiri azmış kimi bir də sən belə aşağı səviyyəli xidmət ilə kifayətlənməlisən. Müştərini məmnun etmək üçün heç bir tədbir görülmədiyinə növbəti dəfə birdaha əmin oldum və kart sifariş edərkən nə qədər səhv etdiyimi anladım. Yüksək dəqiqliklə deyə bilərəm ki, növbəti seçəcəyim bank İBA olmayacaq.
Əlavə bir qeydi də nəzərinizə çatdırım ki, kiçik bir əməliyyatı (App-dəki köhnə nömrəni yenisi ilə dəyişmək. Hansı ki, eyni əməliyyatı digər bank filiala yaxınlaşmadan məsafədən həll etmişdi) aparmaq üçün pandemiya dövründə məni filiala yaxınlaşmağıma məcbur etdilər.
Müştəri məmnuniyyəti ilə bərabər xidmət səviyyəsi də çox aşağıdır. Online əməliyyatların geniş yayıldığı bir dövrdə xidmət səviyyəsinin belə olması çox üzücü haldır".
Qarşı tərəfi də dinləməyə hazırıq...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024