Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (10-11-2019, 18:35)
SOCAR prezidenti Əbu-Dabidə dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb

 Əbu-Dabidə dünyanın aparıcı neft və qaz şirkətlərinin qatıldığı tədbirin işində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bir sıra nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşlər keçirib.  

“Report” xəbər verir ki, SOCAR prezidenti ilk öncə Çinin Milli Neft Şirkətinin (CNPC) prezidenti Vang Yilinlə görüşüb.

SOCAR prezidenti və CNPC rəhbəri əməkdaşlıq məsələlərini, faydalı tərəfdaşlığa dair gələcək perspektivləri müzakirə ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə diqqət yetirilib, əməkdaşlıq planlarından məmnunluq ifadə olunub.

SOCAR prezidenti Rövnəq Abdullayevin Səudiyyə Ərəbistanın neft şirkəti “Saudi Aramco”nun prezidenti Amin H.Nasserlə görüşündə mövcud layihələr diqqət mərkəzində olub. 

Şirkət rəhbərləri habelə gələcək planlar, ikitərəfli əməkdaşlıqla bağlı faydalı müzakirələr aparıblar. Qeyd edilib ki, əməkdaşlığın daha da genişləndirilməsi üçün bu cür görüşlərin keçirilməsi olduqca vacibdir. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev eləcə də Fransanın “Total” şirkətinin rəhbəri Patrik Puyanne və BP prezidenti Bob Dudley arasında qarşılıqlı əməkdaşlığa dair işgüzar müzakirələr aparıb. Müzakirələrdə həmçinin gələcək planlar diqqət mərkəzində olub. 

Tərəflər əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə ediblər, görüşlərdə tərəfdaşlığın daha da genişləndirilməsi imkanların mövcudluğu vurğulanıb. Görüşdə gələcək planlar barəsində geniş fikir mübadiləsi aparılıb.  




шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024