Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Dünən, 19:38)
Respublika Narkoloji Mərkəzinin həbsdə olan sabiq baş direktoruna və onun sabiq müavininə cəza istənilib

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sabiq baş direktoru Elşən Mustafayev və mərkəzin sabiq direktor müavini Zamin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxışı edib.

O, hər iki təqsirləndirilən şəxsin 10 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, sözügedən şəxslərin qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İttihama görə, Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıblar.

Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə ittiham edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025
30 09 2025