Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-10-2019, 16:30)
SOCAR yeni istiqrazlar buraxacaq

2016-cı ildə buraxılan və vətəndaşlarımız üçün yeni yatırım fürsətləri təklif edən SOCAR İstiqrazları 17 oktyabrda baş tutan 12-ci faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 mln. 250 min dollarlıq gəlir qazandırıb və istiqraz sahiblərinin ümumi gəliri 15 mln. dollara yüksəlib.
“SOCAR Capital” şirkətindən verilən məlumata görə, nominal qiyməti 1000 dollar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5 faiz olan və faizləri üç aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının 1.25 milyon dollarlıq rüblük faiz məbləği istiqraz sahiblərinin hesablarına köçürülüb.
İstiqrazların satış qiymətinin 1046.00 dollara qədər yüksəlməsi, təkrar bazar əməliyyatlarının həcminin 181 milyon dollara çatması, bağlanmış əqd sayının 2 000-ə yaxınlaşması, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə aləti olması və REPO əməliyyatlarının 32 milyon dolları ötməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəriciləridir.
Kapital bazarları və investorların mənfəətinə cavab verəcək faiz dərəcəsi, müddət və məbləğ sorğu və araşdırmalar nəticəsində müəyyənləşdirildikdən sonra, yeni istiqrazların 2020-ci ilin ilk aylarında buraxılması planlaşdırılır.
SOCAR İstiqrazı sahibləri hal–hazırda uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı Milli Depozit Mərkəzində girov qoymaqla, müvafiq bankdan iki il müddətinədək illik faiz dərəcəsi 15-16 faiz olan manat krediti cəlb edə bilərlər. Belə olan halda, istiqraz sahibləri 5 faizlik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9-10 faizədək enir.
1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərindən əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2020-ci ilin 17 yanvar tarixində baş tutacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024