Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (15-08-2017, 10:52)
Qiymətli Kağızlar bazarında tarixi hadisə

Qiymətli Kağızlar bazarında tarixi hadisə

 

SOCAR İstiqrazları üzrə təkrar bazar əməliyyatlarının həcmi 100 milyon dolları keçib. 

Mediatv.az“SOCAR Capital” şirkətinə istinadən xəbər verir ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan istiqrazlarının  buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq, Bakı Fond Birjasında (BFB) SOCAR İstiqrazları üzrə alqı-satqı əməliyyatlarının həcmi istiqraz buraxılışının həcmini üstələyib. Bu BFB-nin fəaliyyət göstərdiyi dövrdə və ümumiyyətlə, Azərbaycanın fond bazarının tarixində ilk belə hadisədir. 

Məlum olur ki, tarixi göstəriciyə səbəb olan əməliyyat avqustun 2-də reallaşıb. SOCAR İstiqrazları üzrə əməliyyatların həcmi 100 milyon dolları ötüb. 

İndiyədək istiqrazlar üzrə 3 dəfə (17 yanvar, 17 aprel və 17 iyul tarixlərində) faiz ödənişi olub. İstiqraz sahibləri ümumilikdə 3,75 milyon dollar qazanc əldə ediblər. 2017-ci il ərzində növbəti faiz ödənişi 17 oktyabr tarixində baş tutacaq.

Qeyd edək ki, təkcə 2017-ci ilin ilk 6 ayı ərzində BFB-də bütün istiqrazlar üzrə təkrar bazar əməliyyatlarının 82%-i SOCAR istiqrazlarının payına düşüb. Nəticədə qarşıdakı dövrdə istiqrazlar üzrə əməliyyatların həcminin daha da artacağı gözlənilir. 

SOCAR istiqrazları ölkənin ən böyük və etibarlı şirkəti olan SOCAR tərəfindən 100 milyon dollar həcmdə 5 illik müddətə, illik 5% gəlirliliklə buraxılıb. Nominal qiyməti 1000 ABŞ dolları olan hər bir istiqrazın illik gəlirliliyi 50 dollar olmaqla, hazırda maliyyə sektorunda ən yüksək gəlir sayılır.

шаблоны для dle 11.2

Xəbər lenti
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
1 06 2025
1 06 2025
1 06 2025
1 06 2025
1 06 2025
31 05 2025
31 05 2025