Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (8-01-2019, 13:46)
2019-cu ilin ilk rəqabətli hərracı: 15 dövlət əmlakı özəlləşdiril

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən hərraclar dövlət əmlaklarının özəlləşdirilməsini reallaşdırmaqla yeni biznes obyektlərinin yaranmasına dəstək olur. Müxtəlif sahələrə uyğun olan müəssisələrin hərraclara çıxarılması investorların seçim imkanlarını artırır. Müasir yanaşmaların cəlb olunması ilə hər kəs üçün özəlləşdirilmə fürsətlərindən rahat istifadə şəraiti yaradılıb. Vətəndaşların sərbəst iştirakçılığı ilə növbəti hərrac 8 yanvar tarixində keçirildi. İlin ilk hərracında iştirak üçün investorlar tərəfindən 5 kiçik dövlət müəssisə və obyekti, 9 qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili üzrə ümumilikdə 21 sifariş verilmişdir.
Paytaxtda yerləşən kiçik dövlət müəssisələrdən biri rəqabətli mühitdə özəlləşdirildi. Belə ki, Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsindəki mağazanın ümumi faydalı sahəsi 95.8 kv.m-dir. Dövlət əmlakına ilkin qiymət 35 min manat təyin olunsa da, sifarişçilərdən biri 35 min 500 manat təklif edərək obyekti özəlləşdirdi. Müxtəlif xidmət sahələri üzrə biznes imkanları təklif edən obyektlərdən biri də Sabunçu rayonu, Nardaran qəsəbəsindəki Əmlak kompleksidir. Ümumi faydalı sahəsi 1455 kv.m olan dövlət əmlakının sifarişçisi onu təyin olunan ilkin hərrac qiymətinə- 60 min manata özəlləşdirdi. Qax rayonundakı əmlakın isə ümumi faydalı sahəsi 661,5 kv.m-dir. Bu dövlət obyektini özəlləşdirən şəxs 3293 kv.m-lik torpaq sahəsi ilə birgə əmlaka investisiya yatıra biləcək.
İştirakçılar tərəfindən özəlləşdirilən qeyri-yaşayış sahələrindən biri Zərdab şəhərində, digərləri isə paytaxtın müxtəlif rayonlarında yerləşir. Bu kateqoriya üzrə ən yüksək ümumi faydalı sahəsi və hərrac qiyməti olan dövlət əmlakı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektindədir. 143 kv.m-lik sahəsi olan, xidmət fəaliyyəti üçün əlverişli obyekti vətəndaş 35 min manata özəlləşdirdi. Özəlləşdirilən yarımçıq tikili İsmayıllı şəhəri, M.F.Axundov küçəsindədir. Dövlət əmlakının ümumi faydalı sahəsi 3377 kv.m, birlikdə özəlləşdirildiyi torpağın ərazisi isə 1732.8 kv.m-dir.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclarda 900-ə yaxın elektron sifariş qəbul edilib, 30-a yaxın vətəndaş hərracda onlayn formada iştirak edib. Ötən il ərzində reallaşan hərraclarda 600-ə yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilmişdir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024