İqtisadiyyat (17-12-2018, 15:20)
22 yanvarda keçiriləcək hərrac: 76 dövlət əmlakı özəlləşməd
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac xidmətlərində məmnunluq və rahatlıq prinsiplərini təmin etməkdədir. Geniş seçim, rahat sifariş və iştirak imkanlarının olduğu hərraclara qatılmaq üçün məkanı dəyişməyə və əlavə vaxt itirməyə ehtiyac yoxdur. İnvestorlar Elektron hərrac sistemi ilə virtual müstəvidən sifariş verməklə yanaşı, hərrac günü prosesdə onlayn formada iştirak edə bilər. Yaradılan bu fürsətlər hər kəsin şəffaf və əlçatan formada dövlət əmlaklarının özəlləşdirilməsində iştirakına şərait yaradır.
Komitənin təşkil etdiyi növbəti hərraclardan biri 22 yanvar tarixində keçiriləcək. Bu dəfə hərraca ümumilikdə 76 dövlət əmlakı çıxarılıb. Onlardan 23-ü səhmdar cəmiyyəti, 33-ü kiçik dövlət müəssisə və obyekti, 20-si qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Bu növ dövlət əmlaklarının ümumi faydalı sahəsi 12,2 kv.m ilə 11 min 266 kv.m arasındadır. İnvestorlar seçdikləri dövlət əmlaklarının fəaliyyətini bərpa etməklə yanaşı, həm də digər istiqamət üzrə yenidən quraraq gəlir qazana bilər. Oğuz rayonu, Kərimli kəndindəki anbar kompleksi 13 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Qeyd edək ki, bu dövlət əmlakının ümumi faydalı sahəsi 3 min 100 kv.m-dir. Ən yüksək ümumi faydalı sahəsi olan dövlət əmlakı Balakən şəhəri, Atatürk prospektində yerləşir.
Kiçik sahibkarlıq fəaliyyəti üçün uyğun olan qeyri-yaşayış sahələrindən 11-i paytaxtda, 4-ü Sumqayıtda, digərləri isə Gəncə, Ağdaş və Daşkəsəndə yerləşir. Ümumi faydalı sahəsi 5,8 kv.m ilə 162,9 kv.m intervalında olan bu obyektlər qiymət baxımından da hər kəsə uyğun ola bilər. Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsindəki dövlət əmlakının ümumi faydalı sahəsi 147 kv.m-dir. Sahibi bu qeyri-yaşayış sahəsindən həm ofis, həm də xidmət obyekti kimi istifadə edə bilər.
Özəlləşdiriləcək səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, aqrar, nəqliyyat və digər sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağdaş Quşçuluq”, “Material Təchizat”, “Goranboy Aqrotexservis”, “İsmayıllı Təmir Tikinti” kimi səhmdar cəmiyyətləri var. Paytaxtla yanaşı, ölkənin müxtəlif bölgələrində yerləşən səhmdar cəmiyyətlərinin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə öyrənmək mümkündür. İştirakçı statusu qazanmaq üçün isə sadalanan elektron mənbələrdən seçilən dövlət əmlakı üzrə sifariş vermək və satış qiymətinin 10%-i məbləğində beh ödəmək kifayətdir. Qeyd edək ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024