İqtisadiyyat (7-11-2018, 19:30)
Saytlara pul ayrıla, "uşaq pulları"ı və ezamiyyət xərcləri artırıla bilər - Nazirdən təkliflərə münasibət
Deputat Əflatun Amaşovun onlayn mediaya 1 milyon manat ayrılması ilə bağlı təklifinə baxa bilərik.Mediatv.az Trend-ə istinadən xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında deputatların qaldırdığı məsələlərə münasibət bildirərkən deyib.
Yeni doğulan uşaqlara müavinət verilməsi təklifinə toxunan nazir bildirib ki, bu məsələdə Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil: "Məsələn, Belarusla müqayisə edirlər. Burada vəziyyət fərqlidir. Belarusda demoqrafik vəziyyət Azərbaycandakından fərqlidir. Yəni bu, hər dövlətdə fərqlidir. Hər bir dövlətin xüsusiyyətləri nəzərə alınaraq münasibətimizi formalaşdırmalıyıq. Bu məsələyə baxıla bilər".
Ezamiyyə xərclərinin artırılması ilə bağlı təklifə münasibət bildirən nazir qeyd edib ki, gələn il ölkə üzrə ezamiyyə xərclərinin artırılması nəzərdə tutulub. Onun sözlərinə görə, bu məsələyə vaxtaşırı baxılır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024