İqtisadiyyat (25-08-2018, 12:30)
2021-ci ildə Azərbaycanda inflyasiya 3,1 faiz olacaq - PROQNOZ
Ötən il Azərbaycanda inflyasiya 12,9 faiz təşkil etsə də, bu il həmin rəqəmin 6,1 faiz civarında olacağı proqnozlaşdırılır.
Mediatv.az xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da bildirilir.
Sənədə əsasən, qarşıdakı üç ildə - 2019, 2020 və 2021-ci illərdə inflyasiyanın orta illik artım tempi müvafiq olaraq, 4,7 faiz, 3,3 faiz və 3,1 faiz təşkil edəcək.
Strategiyada qeyd olunur ki, 2018-ci ildə Azərbaycanda büdcə gəlirləri 22 mlrd. 194 mln, xərcləri isə 23 mlrd. 100 mln. manat təşkil edəcək.
Növbəti ildə bu göstəricilər müvafiq olaraq, 18 mlrd. 790 və 18 mlrd. 919 mln. manat, 2019-cu ildə 19 mlrd. 128 mln. və 19 mlrd. 257 mln. manat, 2021-ci ildə isə 18 mlrd. 471 mln. və 18 mlrd. 600 mln. manat olacaq.
Beləliklə, qarşıdakı üç ildə büdcə kəsiri ötənilki 1 mlrd. 77 mln. manatdan 129 mln. manatadək azalacaq.
Ümumilikdə, 2021-ci ilə olan proqnozlara görə, icmal büdcənin 2 mlrd. 407 mln. manat profisitlə icra olunması gözlənilir. Proqnozlarda cari hesab balansının hazırkı 1 mlrd. 684 mln. dollardan 2021-ci ildə 5 mlrd. 453 mln. dollaradək artacağı qeyd olunur.