2015-ci ildə Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 15 mlrd. 957 mln. manat təşkil edib.
Mediatv.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2014-cü ilin yekunları üzrə Azərbaycanda əsas kapitala investisiya qoyuluşları 17 mlrd. 615,8 mln. manat təşkil edib. Beləliklə, 2015-ci ildə kapital qoyuluşlarının həcmi 9,4% azalıb.
DSK-nın məlumatına görə, kapital qoyuluşlarının ümumi həcmindən 9 mlrd. 877,4 mln. manat (bütün investisiyaların 61,9%-i) istehsalat təyinatlı obyektlərin, 5 mlrd. 42,4 mln. manat (bütün investisiyaların 31,6%-i) xidmət obyektlərinin inşasına, 1 mlrd. 37,2 mln. manat (bütün investisiyaların 6,5%-i) 1 mln. 927,2 min kvadrat metrolan yaşayış evlərinin tikintisinə yönəldilib.
Hesabat ili ərzində 7 mlrd. 21,08 mln. manat (bütün investisiyaların 44%-i) xarici investisiyaların, 8 mlrd. 935,92 mln. manat (bütün investisiyaların 56%-i) daxili investisiyaların payına düşüb.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 11 mlrd. 728,4 mln. manat və ya bütün kapital qoyuluşlarının 73,5%-ni təşkil edib.