Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (31-07-2017, 11:10)
2018-ci ildə Azərbaycan iqtisadiyyatı artımı bərpa edəcək

2018-ci ildə Azərbaycan iqtisadiyyatı artımı bərpa edəcək

 

“Standard & Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi 2019-2020-ci illərdə Azərbaycanda illik ümumi daxili məhsul istehsalının (ÜDM) artımının 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.

Mediatv.az APA-ya istinadən xəbər verir ki, bu barədə reytinq agentliyinin yaydığı məlumatda deyilir.

S&P-nin proqnozuna əsasən, bu il Azərbaycanda ÜDM-in nominal həcmi 1% azalaraq 40 mlrd. dollar təşkil edəcək: “Bu il Azərbaycan iqtisadiyyatı ucuz neft dövrünə adaptasiyanı davam etdirib. Bizim proqnozlarımıza əsasən, ölkədə iqtisadi geriləmə 2017-ci ildə də davam edəcək. 2016-cı ildə Azərbaycanda ÜDM 3% azaldığı halda, bu il azalma 1% təşkil edəcək. Manatın devalvasiyası və dövlət xərclərinin azalması iqtisadiyyata neqativ təsir edib”.

Agentliyin mütəxəssisləri əlavə edib ki, 2018-ci ildə Azərbaycan iqtisadiyyatı artımı bərpa edəcək. Belə ki, mütəxəssislərin proqnozuna əsasən, gələn il ÜDM 2% (nominal həcm 44 mlrd. dollar), 2019-cu ildə 3,5% (47 mlrd. dollar), 2020-ci ildə 3,5% (48 mlrd. dollar) artacaq: “Proqnozların bu səviyyədə olması “Şahdəniz-2” qaz yatağından nəqlin başlanmasına əsaslanır. Bununla yanaşı, qeyri-neft sektoruna investisiyaların yatırılması iqtisadiyyata inamın artması və inflyasiyanın səngiməsi fonunda istehsalın artmasına səbəb olacaq”.

S&P hesab edir ki, 2017-ci ildə Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi 5,5%, 2018-ci ildə 3,5%, 2019-cu ildə 2,5%, 2020-ci ildə isə 2,5% artacaq.

Mütəxəssislərin proqnozuna əsasən, bu il Azərbaycanda orta illik inflyasiya 9%-dək geriləyəcək. 2016-cı ildə ölkədə illik inflyasiya 12,4% səviyyəsində olub. Bununla yanaşı, 2018-2020-ci illərdə inflyasiyanın səngiməsi tendensiyası davam edəcək. Belə ki, mütəxəssislər 2018-ci ildə illik inflyasiyanın 7%, 2019-2020-ci illərdə isə 5% təşkil edəcəyini proqnozlaşdırır.

Agentliyin proqnozunda deyilir ki, 2017-2020-ci illərdə Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo qorunacaq. Belə ki, 2017-ci ildə müsbət saldo ÜDM-in 12,3%-nə, 2018-ci ildə 12,7%-nə, 2019-cu ildə 14,3%-nə, 2020-ci ildə 14,8%-nə bərabər olacaq.

S&P hesab edir ki, bu il dövlət büdcəsinin icrasında yaranan defisit ÜDM-in 3,2%-ni təşkil edəcək. Buna baxmayaraq, gələn il dövlət büdcəsinin profisitlə icra olunacağı gözlənilir və profisit ÜDM-in 1%-nə bərabər olacaq. 2019-2020-ci illərdə isə dövlət büdcəsinin icrası zamanı yaranacaq profisit ÜDM-in 2,5%-ni təşkil edəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024