Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (21-08-2018, 11:48)
Meyvə istehsalını artıran Rusiya Azərbaycan məhsullarını alacaqmı?

Meyvə istehsalını artıran Rusiya Azərbaycan məhsullarını alacaqmı?

 

2024-cü ilədək alma istehsalını 1,3 milyon tona çatdırmağı planlaşdıran Rusiya Azərbaycan və İrandan bu məhsulların idxalını dayandırmayacaq. 

Mediatv.az  xəbər verir ki, Rusiya Bağçılıq Assosasiyasının məlumatına görə, bu il alma yığımı 900 min tona çata bilər.

Belə ki, subsidiyalar daxili istehsalın artımına yardım edib. Hər il istehsalın həcmi 100-150 ton artır.

Assosiasiya prezidenti İqor Muxaninin sözlərinə görə, beş il öncə Rusiyada alma istehsalı 500 min ton idi. Bu gedişlə 2024-cü ildə 1,2 milyon ton almanın istehsalı gözlənilir. 

O da məlum olub ki, 2017-ci ildə ölkəyə 406 milyon dollar dəyərində 709 min ton alma idxal olunub. 2018-ci ilin ilk beş ayında isə Rusiyaya 293 milyon dollar dəyərində 437 min ton alma gətirilib: 

“Almadan başqa, Rusiyada son illər şaftalı, gilas, gavalı və alça istehsalı artıb. İstehsala baxmayaraq, bu meyvələr həm də Azərbaycan və İrandan idxal olunur. Eyni sortdan olan gilas həmin ölkələrdə apreldə yığılır, bizdə isə mayın ortalarından tez yığım başlamır. Buna görə də idxalın dayandırılacağından söhbət gedə bilməz”.

Qeyd edək ki, cari ilin yeddi ayında Azərbaycandan 301 milyon 315 min dollar dəyərində 322 448.95 min ton meyvə-tərəvəz ixrac edilib. Meyvə-tərəvəzin ümumi ixraca nisbəti 2,8 faiz təşkil edib. 

Statistika göstərir ki, Azərbaycan, əsasən, Rusiyaya meyvə-tərəvəz ixrac edir. Belə ki, 2017-ci ilin statistikasına əsasən, Azərbaycan 229 697, 2 ton meyvə ixrac edib. Bunun 196 278,8 tonu Rusiya federasiyasına göndərilib. 

Rusiya Azərbaycanın meyvə ixracatında da birinci yerdədir. Ötən il ümumi meyvə ixracının (260 712,2  ton) 217 618, 1 tonu Rusiyanın payına düşüb. 

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024