İqtisadiyyat (27-10-2017, 16:30)
Girov əsasında kredit verən banklar – QAYDALAR – FAİZLƏR
Ölkəmizdə 31 bank olsa da, bu banklardan az qismi girov əsasında vətəndaşlara kredit təklif edir. Qeyd edək ki, hər bankda girov qarşılığında kredit şərtləri fərqlidir. Əsasən, girov əsasında kredit verilən zaman kredit götürənin gəlirləri hesab olunur və bundan sonra girov qismində təqdim olunan daşınmaz əmlaka və ya digər qiymətli girova qiymət təyin olunur. Əsasən, girovun dəyərinin 70%-i dəyərində kredit təklif olunur.
Mediatv.az Fed.az-a istinadən bankların girov qarşılığında kredit şərtlərini sizə təqdim edir:
"Nikoil Bank"
Girovla kredit verən banklardan biri də "Nikoil Bank"dır. Adıçəkilən bank yalnız girova görə krediti daşınmaz əmlaka təklif edir. Bu zaman kreditin illik faizi 20%-dir. Girova verilən minimal məbləğ 7 min, maksimum 50 min manatdır.
"Rabitəbank"
Qızıl və daşınmaz əmlaka girov əsasında kredit verilir. Daşınmaz əmlak üçün bir illik kredit faizi 24%, iki illik 25%, üç illik 26%-dir. 30 min manat məbləğində yalnız Bakı, Sumqayıt və Gəncə şəhərində yerləşən daşınmaz əmlaka kredit verilir. Digər bölgələrdə yerləşən daşınmaz əmlak üçün 15 min manat, qızıl üçün isə girova qoyulmuş zinət əşyasının 60%-i məbləğində pul ödənilir. Lakin verilən məbləğ 5-10 min manatı keçmir.
"Turanbank"
Bu bankda girov krediti yalnız daşınmaz əmlaka təklif edilir. 24 aya kimi verilən kreditin illik faizi 28%-dir.
"Bank Avrasiya"
Girov qarşılığında kredit yalnız qızıla verilir. Faiz yalnız komitə qərarından sonra bəlli olur.
"Expressbank"
"ExpressBank"da girov əsasında kredit həm qızıla, həm də daşınmaz əmlaka verilir. Evə verilən kreditin illik faizi 22-26 %-dir. Daşınmaz əmlakın 70%-i həcmində pul ödənilir. Qızılın illik faizi isə 33-36 %-dir.