Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-01-2015, 15:04)
"Qanunsuz tikililərin qeydiyyatı Azərbaycanda daşınmaz əmlak bazarını fəallaşdırır"

Qanunsuz tikilmiş evlərin qeydiyyatı mənzil bazarında fəallığın artımına imkan yaradır. Qeydiyyat Azərbaycanda daşınmaz əmlak obyektlərinin alınması hüquqlarının əldə edilməsini təsdiqləyən sənədlər siyahısının təsdiq olunması sayəsində mümkün olacaq. Hafta.az-ın məlumatına görə, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun qüvvəyə minməsinə qədər alınmış və yaranmış daşınmaz əmlak obyektlərinə hüquqların əldə edilməsini təsdiqləyən sənədlərin siyahısı Prezident İlham Əliyev tərəfindən 2015-ci il yanvarın 13-də təsdiqlənib.

N.İbrahimov deyib: "Bir vaxtlar tikilmiş böyük miqdarda daşınmaz əmlak obyektləri onların sahiblərində müvafiq sənədlərin olmadığına görə alqı-satqı və ya bankda girov müqaviləsinin predmeti ola bilmirdi. Sənədlərin bu siyahısının təsdiqlənməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin reyestrindən çıxarışa malik olan daşınmaz əmlak obyektlərinin sayı artacaq, onların bir qismi əmlak bazarında açıq satılacaq, bunun sayəsində bazarda təkliflərin həcmi artacaq".

Onun sözlərinə görə, bu, həm də respublikada sahibkarlığın inkişafına öz töhfəsini verəcək. Çünki mülkiyyət hüququnu təsdiqləyən sənədi almaqla vətəndaşlar bu daşınmaz əmlakdan girov kimi istifadə edə, bankdan kredit götürə və öz biznesini aça biləcəklər.

Şirkətin baş direktorunun fikrincə, bu, daşınmaz əmlak bazarında qiymətlərin sabitləşməsinə yardım edəcək: "Bizdə daşınmaz əmlak bazarı kiçikdir. Ona görə də müəyyən xarici təsirlərə operativ reaksiya verir. Əgər bazar məsələn, Rusiyadakı, yaxud Avropadakı kimi böyük olsaydı, daha sabit olardı. Ona görə də mənə elə gəlir ki, daşınmaz əmlak bazarında təklifin artması qiymətlərin sabitləşməsinə gətirib çıxara bilər".

"MBA Group" rəhbərinin dediyi kimi, qanunsuz tikilən evlərin qeydiyyatı ümumilikdə bir neçə il çəkə bilər və bu proseslə Əmlak Məsələləri Dövlət Komitəsi məşğul olacaq, ancaq bu hüquq "ASAN Xidmət"ə də verilə bilər.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024