İqtisadiyyat / Karusel (23-04-2014, 23:28)
İpoteka almaq çətin deyilmiş
Azərbaycanda mənzil problemini dövlət xətti ilə ayrılan ipoteka kreditləri hesabına həll edə bilməyənlər bankların daxili ipoteka proqramından yararlana bilərlər. Fins.az-ın məlumatına görə, hazırda Azərbaycanda 11 bank müştərilərə öz ipoteka proqramını təqdim edir. Bu banklardan ipoteka kreditlərini illik 10%-dən 22%-dək kreditlə, 5 -25 illiyə götürmək mümkündür. İlkin ödəniş isə elə dövlət ipotekasında olduğu kimi, 20-30%-dən başlanır.
“Accessbank”da kreditin illik faiz dərəcəsi ilkin ödənişdən və kreditin məbləğdən asılıdır. Məsələn, müştəriyə ayrılan kredit 20 min manatdan az olanda faiz dərəcəsi 20-22% olur. Kreditin məbləği 20-80 min manat arasında dəyişdikdə illik faiz dərəcəsi 14-18% olur. 80-100 manat civarında dəyişən kreditləri isə illik 12%-lə götürmək mümkündür. İpoteka predmeti olan mənzilin dəyərinin azı 50%-ni ödəyənlərə mümkün qədər aşağı faiz dərəcəsi təklif olunur.
“Azər-Türk Bank”da isə illik faiz dərəcəsinin konkret həddi kreditin məbləği, müddəti və ilkin ödənişdən əlavə müştərinin ödəniş qabiliyyətindən, kredit tarixçəsindən asılı olaraq fərdi qaydada müəyyən olunur.
“Bank Respublika”da isə illik 12%-lə kredit götürmə istəyənlər ilkin ödəniş tələbini 70% yerinə yetirməlidirlər. İlkin ödəniş 50-70% olduqda kredit illik 13,5%-lə, 30-50% olduqda isə 15%-lə verilir.
“Rabitəbank”da isə faiz dərəcəsi əmək haqqını bu bank vasitəsilə alan müştərilər ücün alınan mənzilin dəyərinin 50%-i əvvəlcədən ödənildiyi halda illik 14%, 30%-i əvvəlcədən ödənildiyi halda isə illik 15%-dir. Başqa bank vasitəsilə maaş alanlar üçün isə ipoteka krediti müvafiq olaraq ilkin ödənişdən asılı olaraq 15,75%-16,75%-lə verilir.
“Yapı Kredi Bank-Azərbaycan”da isə ipotekla kreditinin illik faiz dərəcəsi müddətdən asılıdır. Krediti 12 aya qədər 17%-lə, 12-24 ay ərzində 18%-lə, 24-36 ay ərzində 19%-lə, 36-60 ay ərzində isə 24%-lə götürmək olur.
“Azərbaycan Beynəlxalq Bankı”nın və “Bank Technique”in ipoteka kreditləri yalnız konkret yaşayış komplekslərində (AFPARK(Xırdalan), YENİ HƏYAT) yerləşən mənzilləri üçün nəzərdə tutulub.
№
|
Kommersiya bankının adı |
İlkin ödəniş tələbi |
Kreditin minimum və maksimum məbləği (AZN-lə) |
Kreditin maksimum müddəti (illə) |
Kreditin illik faiz dərəcəsi |
Müştəridən tutulan komisyon haqqı |
1 |
“Accessbank” QSC |
20% |
8-100 min |
10 |
12-22% |
1-2% |
2 |
“Azərbaycan Beynəlxalq Bankı” ASC (AFPARK) |
15% |
100 min |
10 |
12% |
1,5% |
3 |
“Azərbaycan Sənaye Bankı” ASC |
30% |
10-70 min |
5 |
14% |
2% |
4 |
“Azər-Türk Bank” ASC |
20-30% |
200 min |
10 |
9-12% |
1% |
5 |
“Bank Respublika” ASC |
30% |
5-250 min |
10 |
12-15% |
0,7% |
6 |
“Bank Standard” QSC |
30% |
30-100 min |
25 |
12,5% |
2% |
7 |
“Dəmirbank” ASC |
35% |
25-200 min |
5 |
18% |
3% |
8 |
“Xalq Bank” ASC |
30% |
35-500 min |
3-25 |
10% |
0,1% |
9 |
“Rabitəbank” ASC |
30% |
60 min |
10 |
14-16,75% |
1% |
10 |
“Bank Technique” ASC (YENİ HƏYAT) |
10% |
Limitsiz |
10 |
10% |
1% |
11 |
“Yapı Kredi Bank – Azərbaycan” ASC |
20% |
Limitsiz |
5 |
17-24% |
1% |
Mənbə: Fins.az