İqtisadiyyat (17-10-2017, 14:02)
Zakir Nuriyev: ABA bütün bankların fəaliyyətlərini davam etdirməsinin tərəfdarıdır
"Bizim üçün ən arzuolunan hal hər hansı bir bankın kapital çatışmazlığı səbəbindən bağlanmamasıdır".
Mediatv.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, ABA bütün bankların fəaliyyətlərini davam etdirməsinin tərəfdarıdır: "Biz bazarın daha da inkişaf etdirilməsini istəyirik. İstənilən bağlanan bank çoxlu sayda işçinin iş yerini itirməsi, xeyli müştərinin xidmətlərdən məhrum olması deməkdir. Bu gün bazarın ehtiyacıdır ki, biz kifayət qədər sağlam banklar vasitəsilə bazarda fəaliyyətə davam edək. Bankların sağlamlaşdırılması birmənalı olaraq tələbdir. Bunun üçün müxtəlif yollar - birləşmələr, kapital artımı, öz fəaliyyətlərini gücləndirmək üçün dəstəklərin olması və sair tədbirlər var".