Sosial (Bu gün, 13:47)
Qarabağ İqtisadi Rayonunda dövlət büdcəsini LEYSAN belə yudu...

Tender nədir ? Hər hansı bir işin, xidmətin ƏN SƏMƏRƏLİ üsul və AŞAĞI XƏRCLƏ yerinə yetirilməsi üçün iddiaçılar arasından birinin və ya bir neçəsinin SEÇİLƏRƏK həmin işin (xidmətin) müqavilə əsasında ona (onlara) həvalə edilməsi məqsədilə keçirilən müsabiqədir.
İstehsal, alqı- satqı, barter, lahiyələşdirmə, tikinti, təmir, bərpa, nəqliyyat daşımaları, faydalı qazıntı yataqlarının işlənməsi və yer təkindən istifadə, təbiətin mühafizəsi, xidmət göstərilməsi, icarə və digər məsələlərlə bağlı hər cür iş (xidmət) tender predmeti ola bilər.
Tenderdə iştirak etmək üçün iştirak haqqı deyilən pulu köçürməlisən və nəticədən asılı olmayaraq iştirak haqqı heç bir halda GERİ QAYTARILMIR. Belə başa düşürəm ki, tenderlə bağlı bu qısa bilgi yetərlidir. İndi keçək işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq işlərinin görülməsi ilə bağlı keçirilən tenderlərə.
Qarabağ İqtisadi Rayonunda "tender maxinasiyalarını" kimlər idarə edir?
İnternt üzərindən apardığımız araşdırmaya görə tender prosedurlarında məmur müdaxilələrinin olmasına dair şübhələr artmaqdadır.Belə ki,2025-ci ilin 23 və 31 yanvar tarixlərində Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxs tərfindən elan olunmuş tenderlərdə ümumi olaraq, 27 təchizatçı şirkət iştirak etsə də nəticə dəyişməyib. Belə ki, Tender “Dövlət Satınalmaları haqqında” Qanunun 33.13-cü maddəsinə əsasən “SMTS” MMC nin qalib olunması ilə yekunlaşıb. Mahiyyət etibarı ilə bu qanun imkan verir ki, uyğunluq sertifikatı əldə etmiş təchizatçıya güzəştlər tədbiq edilsin, lakin bu güzəştlər gizli sövdələşməyə və dövlət büdcəsinin talanmasına əsas verməməlidir.
“SMTS” MMC “Ağdam şәhәri 4 nömrәli yaşayış massivi, 1 vә 2-ci mәhәllәlәr üzrә çoxfunksiyalı orta mәrtәbәli yaşayış binalarının tikintisi işlәri üçün 36 586 240.32 manat, 5 və 6-cı məhəllələr üzrə 36 536 755.81 manat, 7 və 8-ci məhəllələr üzrə 26 013 265.20 manat verdiyi qiymət təklifinə qarşı ardıcıl olaraq “KÖRPÜBİNATİKİNTİ” MMC 33442792.68, 33336108.46 manat və “ AZӘRSUTӘCHİZATTİKİNTİ AÇIQ SӘHMDAR CӘMİYYӘTİ 23799994.34 manat qiymət təklifi verib. Göründüyü kimi, 3 (üç) tender üzrə dövlət büdcəsindən əlavə 8 556 366 manat vəsaitin heç bir zərurət olmadan leqallaşdırılması təmin olunub. Halbuki, bu vəsaitlə əlavə olaraq, onlarla fərdi yaşayış mənzilləri inşa edilə bilərdi.Bundan əlavə onu da bildirək ki,Ağdam rayonun Xıdırlı kəndində tikilən evlərdən sakinlər şikayət edir.Sakinlər bildirir ki,bir az yağış yağan kimi evləri sel aparır, bütün sular evin altına axıb gedir.
Qeyd edək ki, Ağdam rayonunun Xıdırlı kəndinin sahədaxili mühəndis kommunikasiyaları sistemlərini “Körpü-Bina-Tikinti” MMC (VÖEN - 3100026151) həyata keçirib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ilin dekabr ayında Xıdırlı kəndində kommunikasiyalar sistemlərinin qurulması üçün 29 milyon 983 min 233 manat 73 qəpiklik tender keçirib. Tenderin qalibi adı müxtəlif qalmaqallarda hallanan “Körpü-Bina-Tikinti” şirkəti olub. Bu şirkət 6 ay ərzində kəndin kommunikasiyalar sistemlərini, o cümlədən də kanalizasiya xətlərinin çəkiləməsi işlərini həyata keçirib.“Körpü-Bina-Tikinti” MMC əsasən dövlət qurumlarının keçirdiyi iri həcmli layihələrin icraçısı kimi tanınıb. Rəsmi sənədlərdə şirkətin qanuni təmsilçisinin Göyüşov Xaliq Avdil oğlu qeyd olunsa da, şirkətə tanınmış iş adamı Xəlil Göyüşovun rəhbərlik etdiyi bildirilir.
Şirkətin adı sonuncu dəfə ötən ilin oktyabr ayında Sabunçu rayonu ərazisində baş verən və 2 nəfərin ölümü ilə nəticələnən hadisədə hallanıb. Bildiyimiz kimi, 2024-cü ilin 22 oktyabr tarixində Sabunçu rayonu Asəf Əsədullayev küçəsində yerləşən tuneli su basdığı üşün 2 nəfər həyatını itirib. Daha sonra məlum olub ki, bu tunel 2019-cu ildə “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib.
Bu sadalananlar keçilmiş tenderlərin müəyyən bir qismini əhatə edir.Mediatv.az-ın redaksiyasına daxil olmuş məlumata görə korrupsiya faktları ilə bağli Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsdə ciddi yoxlamalar gedir.Qeyd edək ki Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədovdur. Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Araşdırmamız davam edir....
Mediatv.az

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
ABŞ Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsinə yardım etməyə sadiqdir - Karlo
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025