Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (20-10-2016, 15:46)
Bankları xilas etməyin yolu - Ekspertdən təkliflər

“Bankların konsolidasiya prosesinin həyata keçirilməsinin tərəfdarıyam. Çünki bankların müflis olması bank sektoruna olan inamın azalmasına gətirib çıxarır”.

 

Mediatv.az xəbər verir ki, bunu azvision.az-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, bank müflis olduğu zaman sığortalanmayan əmanətlər geri qaytarılmır: “Bankın müflis olması həmin vəsaitin geri qaytarılmasına imkan vermir. Amma konsolidasiya imkan verir ki, həmin əmanətlər batmasın. Bu əmanətlərin batmasının qarşısını almaq baxımından bankın müflis olması deyil, birləşməsi məqsədə uyğundur. Təəssüf ki, banklar birləşmədə maraqlı görünmürlər. Azərbaycanda müflis olan bankların sahibləri və ya menecerləri ilə bağlı hər hansı bir qayda nəzərdə tutulmayıb. Bank fəaliyyət göstərdiyi dönəmdə onun sahibi və meneceri böyük məbləğdə gəlir götürür və sonradan bank müflis elan edilir. Nəticədə 100 milyonlarla vəsaitin geri qaytarılması təmin edilmir. Onların bir qismi vətəndaşların sığortalanmayan vəsaitlərdir. Azərbaycanda bank sahibləri və menecerləri ilə bağlı konkret məsuliyyətin müəyyənləşdirilməməsi onların birləşməyə deyil, müflisləşməyə daha meyilli olmasına gətirib çıxarır”. 

İqtisadçı bankların sahibləri və menecerləri üçün konkret məsuliyyətlər müəyyən edilməsini təklif edib: “Bank müflis olduğu zaman sığorta olunmayan milyonlar geri qaytarıla bilmirsə, bank sahibləri və menecerləri məsuliyyət daşımalıdırlar”. 

V.Bayramov Mərkəzi Banka stimullaşdırıcı tədbirlərin təşviq edilməsini təklif edib. Ekspert vurğulayıb ki, mövcud bankların sayı Azərbaycan üçün məqbul deyil: “Birləşən banklar üçün vergi güzəştlərinin tətbiqi mümkündür. Mərkəzi Bank bununla bağlı hökumət qarşısında məsələ qaldıra bilər. Eyni zamanda birləşən banklar üçün mərkəzləşdirilmiş kredit resuslarına çıxış imkanlarının artırılması, daha aşağı faizlə kreditlərin təklif edilməsi mümkündür. Bu da nəticə etibarı ilə imkan verər ki, banklar birləşmədə maraqlı olsun. Hazırda 32 bank var. Azərbaycan iqtisadiyyatının miqyasını, bank sektorundakı aktivlərin həcmini nəzərə alsaq, bu qədər bank çoxdur. Sözsüz ki, bankların sayı ilə bağlı standart yoxdur. Amma bankların optimal sayının müəyyən edilməsi mümkündür. 

 

Araşdırmalarımız göstərir ki, bu gün Azərbaycan üçün 20- qədər bankın olması normaldır. Hazırda kommersiya banklarının mövcud vəziyyətini qiymətləndirsək, konsolidasiya olunmalı bankların sayı heç də az deyil. Qiymətləndirmələr göstərir ki, konsolidasiya yolu ilə bankların sayının 32-dən 20-ə endirilməsi məqsədə uyğun olardı. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası çalışmalıdır ki, banklar müflis olmaqla deyil, konsolidasiya yolu ilə azalsın”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, Azərbaycanın bank sektorunda konsolidasiya siyasəti davam etdirilməlidir: “Bank sektorunda çox ciddi islahatlar aparılmalıdır. Bu sektor şəffaf olmalıdır və ən yüksək dünya standartlarına cavab verməlidir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024