Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (Bu gün, 11:46)
“ETN-in fəaliyyəti ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini xatırladır” -DOSENT

“Təhsil olmasa, innovasiya olmaz” – bu fikir E. Əmrullayevə məxsusdur.

Əslində, təhsil olmadan heç bir sahədə uğur qazanmaq mümkün deyil. Təhsili zəif olan ölkə həm elm, həm texnologiya, həm də innovasiya sahəsində geri qalır.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (ETN) ölkədə elm, təhsil və innovasiyaların inkişafına cavabdeh dövlət qurumu kimi son 25 ildə bu sahələrin tənəzzülünü sürətləndirib. Bunun ən açıq göstəricilərindən biri 2025-ci ildə məktəblilərin beynəlxalq riyaziyyat olimpiadasında və Bakıda keçirilən proqramlaşdırma üzrə tələbələrin 49-cu olimpiadasında uğursuz nəticələridir.

Ölkədəki 50 universitet arasında hələ də “Tədqiqat Universiteti” yoxdur. Eyni zamanda, Azərbaycan “Qlobal İnnovasiya İndeksi”ndə son yerlərdə qərarlaşıb.

Xüsusilə “biliklərin yayılması” (Knowledge diffusion) və “biliklərin mənimsənilməsi” (Knowledge absorption) göstəriciləri ölkəmiz üçün narahatedicidir:

  • Biliklərin yayılması ölkələrin istehsal etdiyi bilik və texnologiyaları dünya bazarına ixrac etmə qabiliyyətini ölçür. Buraya intellektual mülkiyyətdən gəlir, yüksək texnologiyalı məhsulların ixracı və İKT xidmətlərinin ixracı daxildir. Azərbaycan 2024-cü ildə 119-cu, 2025-ci ildə isə 129-cu yerdədir (139 ölkə arasında). Yüksək texnologiyalı ixracdan gəlir demək olar ki, sıfır səviyyədədir.
  • Biliklərin mənimsənilməsi ölkələrin xaricdən gətirilən bilik və texnologiyaları mənimsəmə qabiliyyətini göstərir. Buraya yüksək texnologiyalı idxal, İKT xidmətlərinin idxalı, xarici sərmayə (FDI) və bizneslərdə tədqiqatçıların payı daxildir. Bu göstərici üzrə Azərbaycan 2024-cü ildə 130-cu, 2025-ci ildə isə 134-cü yerdə qərarlaşıb. Xarici sərmayə axını mənfidir (-2.8%), yəni ölkəyə innovasiya sahəsində kapital gəlmir, əksinə çıxır.

Narahatedici məqam odur ki, ETN hələ də bu sahədə konkret strategiya və konseptual baxışa malik deyil. ETN-in fəaliyyəti ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini xatırladır.

İlham Əhmədov

Dosent

Gununsesi.info

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
26 09 2025
25 09 2025
25 09 2025
25 09 2025
25 09 2025
25 09 2025
25 09 2025
25 09 2025
25 09 2025
25 09 2025
25 09 2025
25 09 2025
25 09 2025
25 09 2025