Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (24-05-2014, 18:48)
Buğdanın qiyməti 25 qəpiyə qalxacaq

Buğdanın qiyməti 25 qəpiyə qalxacaq

“Kəndli, yaxud fermer də məcburdur ki, dəymiş həmin ziyanı kompensasiya etməkdən ötrü məhsulun üzərinə bir qədər də qoysun”.

 

Bunu Dövlət Statistika Komitəsinin bu ilin ilk 4 ayı ərzində kənd təsərrüfatı məhsullarının qiymətlərinin qalxması ilə bağlı verdiyi açıqlamanı şərh edən aqrar məsələlər üzrə şərhçi Elçin Əzizov bildirdi:
 
“Qiymətin qalxmasında əsas səbəb yanacağın bahalaşmasıdır. Biz hələ ilin əvvəlində bu bahalaşmanın olacağı ilə bağlı proqnoz vermişdik. Səbəb isə sadədir. Kənd təsərrüfatının məhsulunun əkilməsindən satışına qədər olan bütün proseslərdə yanacaq əhəmiyyətli rol oynayır. Kəndli, yaxud fermer də məcburdur ki, dəymiş həmin ziyanı kompensasiya etməkdən ötrü məhsulun üzərinə bir qədər də qoysun. Ötən il sahələrdə satılan presin dəyəri 1 manat 50 qəpik idi. Amma indi fermerlər qiyməti 20 qəpik qaldırıblar. Ot presinin belə bahalaşmanın səbəbi yanacaqla əlaqədardır. Belə nümunələri çox göstərmək olar. İnanıram ki, taxıl çıxanda da belə bir artım olacaq. Ötən il 1 kiloqram buğdanın qiyməti 22 qəpik idi. Amma bu il onun 25 qəpik olacağını proqnozlaşdırırıq”.
 
Ekspert bahalaşmanın digər səbəblərinin olmasını da ehtimal edir. Onun fikrincə, tələbatın artması və bununla yanaşı istehsalın azalması da qiymətlərin yüksəlməsinə təsir edir:
 
“Biz bazar iqtisadiyyatı dövründə yaşayırıq. Hər şeyi bazar tənzimləyir. Tələbat varsa, məhsul bahalaşacaq. Bu, normal haldır. Bunun üçün istehsal normal olmalıdır. Əgər bu gün təklif tələblə uyğun deyilsə, deməli, qiymət baha olmalıdır. Digər tərəfdən də etiraf etmək lazımdır ki, əksər hallarda Azərbaycanda kənd təsərrüfatı məhsulları yerli tələbatı ödəyə bilmir. Biz özümüzə lazım olan əsas məhsullar olan buğda və kartofu da xaricdən alırıq. Bu da müəyyən mənada həmin məhsulların ölkəyə daha baha qiymətə gəlməsinə şərait yaradır”.
 
Xatırladaq ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,0%, bitkiçilik məhsulları üzrə isə 9,1% artıb. Qurum may ayının 1-i vəziyyətinə 262,0 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 40,7 min hektarda dənli və dənli paxlalı bitkilər, 57,5 min hektarda kartof, 52,5 min hektarda tərəvəz bitkiləri, 18,1 min hektarda ərzaq üçün bostan bitkiləri, 14,8 min hektarda pambıq, 7,2 min hektarda dən üçün günəbaxan, 4,6 min hektarda şəkər çuğunduru, 756 hektarda tütün, 63,3 min hektarda çoxillik, 1,4 min hektarda isə birillik otlar əkildiyini deyir.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024