Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (4-03-2017, 09:16)
Faiz artımı üçün tarix açıqlandı – 15 MART

dollar faiz azpolitika

ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen, Cümə günü Çikaqoda etdiyi çıxışında, iqtisadiyyatın gözlənildiyi kimi yolunda getməsi vəziyyətində Mart ayında faizləri artırmağın uyğun olacağını söyləyib.

Mediatv.az:   “Marja” xəbər verir ki, Fed sədri, faizlərin mərhələli artırılacağını bildirib. Fed rəsmilərinin iqtisadiyyatda sabit inkişaf gözləntilərinin əlavə faiz artırımları üçün əsas yaratdığını bildirən Yellen, bu il ərzində neçə dəfə faiz artırılacağına dair ipucu verməyib.

Fed rəsmiləri, 2017-ci il ərzində 3 dəfə faiz artırılacağı proqnozunu vermişdilər.

Yellen çıxışında, işə qəbulların sağlam olduğunu və iqtisadi mənzərənin təşviqedici olduğunu deyib. Fed sədri, gələcək mərhələli faiz artırımlarının iqtisadiyyatın çox qızmasının qarşısını almaq məqsədilə ediləcəyini bildirib.
Yellen, ölkə xaricindən gələn risklərin “bir qədər geri çəkilmiş” olduğunu qeyd edib.

Qeyd edək ki, Fed-in növbəti toplantısı 14-15 Mart tarixlərində baş tutacaq və toplantıdan sonra faiz qərarını açıqlayacaqdır. Adətən, Fed faiz artıran dövrlərdə dollar güclənir, neft ucuzlaşır. Bu il Fed ən azı 3 dəfə faiz artırarsa dollar daha da güclənə və neft ucuzlaşa bilər. Bu vəziyyət Azərbaycan daxil inkişaf etməkdə olan ölkələr üçün yaxşı deyil.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024