Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (15-12-2016, 14:12)
Qubad İbadoğlu: "Azərbaycan iqtisadiyyatının böyüməyə başlayacağı xeyli çətin görsənir"

Qubad İbadoğlu: '' Azərbaycan iqtisadiyyatının böyüməyə başlayacağı xeyli çətin görsənir ''

 

 

"Azərbaycan iqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görsənir."
Mediatv.az xəbər veri ki, bu sözləri iqtisadçı ekspert sosial şəbəkəd öz hesabında paylaşıb. Ekspert son günlərdə baş verən iqtisadi proseslərdən bəhs edib.
O qeyd edib ki, son 1 ayda iqtisadi tənəzzül daha da dərinləşib. Qeyri-neft ÜDM-i 5,6 faiz azalıb.
Dövlət Statistika Komitəsi bu ilin 11 ayının makroiqtisadi nəticələrini açıqlayıb. Açıqlanan göstəricilərin trend təhlili göstərir ki, son 1 ayda iqtisadiyatda tənəzzül dərinləşib, dövlət büdcəsinin kəsiri, inflyasiya və işsizlik artıb. 
Bu dövr üçün ən neqativ tendensiya sənaye istehsalında böhranın başlamaısı və bu bölmədə tənəzzülün dərinləşməsidir. Beləliklə də, həm ÜDM-də və həm də qeyri-neft ÜDM-ində eniş bir az da artaraq müvafiq olaraq, mənfi 3,9 faiz (əvvəlki ayla müqayisədə 0.2 faiz bəndi çox) və mənfi 5,6 (əvvəlki ayla müqayisədə 0.1 faiz bəndi çox ) faizdə qərarlaşıb. Bu ilin sonuna yaxınlaşdıqca, makroiqtisadi göstəricilərin pisləşməsi növbəti ildə böhrandan çıxış imkanlarını daha da azaldır. Belə ki, sıfırdan artıma nail olmağın asan olmadığı halda, Azərbaycan iqtisadiyyatının 4 faizlik kiçilmədən sonra böyüməyə başlayacağı xeyli çətin görsənir. Yeri gəlmişkən onu da qeyd edək ki, dünən FED uçot dərəcələrini gözənildiyi kimi 0,25 faiz bəndi səviyyəsində artırdı. FED-in son qərarından sonra dollar dünya valyuta bazarlarında yenidən bahalaşmağa başlayıb.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025
4 07 2025