Siyasət (20-05-2015, 17:32)
Milli Məclisdə 2014-cü il dövlət büdcəsinin icrası müzakirə edildi
İclasda “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb
Milli Məclisin iqtisadi siyasət komitəsinin mayın 20-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və dövlət büdcəsinin icrasına dair illik hesabat, “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Komitə sədri Ziyad Səmədzadə 2014-cü ilin Azərbaycan iqtisadiyyatı üçün çox uğurlu illərdən biri olduğunu bildirib. Dövlətimizin başçısının müəyyən etdiyi hədəflər, inkişaf strategiyası uğurla yerinə yetirilib.
Maliyyə nazirinin müavini Azər Bayramov çıxış edərək deyib ki, məqsədyönlü iqtisadi siyasət nəticəsində 2014-cü ildə də makroiqtisadi sabitliyə, qeyri-neft sektorunun artım sürətinə nail olunub. Əhalinin yaşayış səviyyəsi və pul gəlirləri, ölkənin beynəlxalq aləmdə reytinqi artıb, Azərbaycanın regionda iqtisadi mövqeyi daha da möhkəmlənib. Bu nailiyyətlərin dünya iqtisadiyyatında mövcud olan qeyri-sabitlik şəraitində qazanılması onların əhəmiyyətini daha da artırır. 2014-cü ildə ölkəmizdə 59 milyard manat və yaxud əvvəlki illə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın qeyri-neft sektoru üzrə əlavə dəyər 7 faiz artaraq, ÜDM-də xüsusi çəkisi 61 faizədək yüksəlib. ÜDM-in 39 faizi neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9 faiz-bənd azdır. Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 6264,1 manat təşkil edib. Bu da 2013-cü illə müqayisədə 1,5 faiz çoxdur. Ötən il əhalinin gəlirləri 2013-cü illə müqayisədə 4,8 faiz artaraq 39,4 milyard manata çatıb.
Bildirilib ki, il ərzində ölkənin valyuta ehtiyatları 2014-cü ilin 31 dekabr vəziyyətinə 49,8 milyard ABŞ dolları təşkil edib ki, bu da xarici dövlət borcundan təqribən 6 dəfə çoxdur.
2014-cü ildə ölkə üzrə orta aylıq əməkhaqqı 444,3 manat təşkil etməklə, əvvəlki illə müqayisədə 4,5 faiz artıb. Dövlət büdcəsinin gəlirləri 18384,0 milyon manat proqnoza qarşı 18400,6 milyon manat və yaxud nəzərdə tutulduğundan 16,6 milyon manat çox icra edilməklə proqnoza 100,1 faiz əməl olunub.
İclasda Hesablama Palatası büdcənin icrasına rəy verib. Palatanın sədri Vüqar Gülməmmədov vurğulayıb ki, ötən il dünya iqtisadiyyatında sistemli böhranın davam etdiyi bir şəraitdə Azərbaycan davamlı iqtisadi inkişaf tempini qoruyub saxlayıb. Ölkə üzrə ÜDM-in həcmi, xüsusilə qeyri-neft sektorunun ÜDM-də çəkisi artıb. Ölkə üzrə qeyri-neft sektorunda 7 faizlik illik real artım tempinə nail olunub. 2014-cü ildə istehlak qiymətlərinin indeksi (inflyasiya) 1,4 faiz olub. Bu da 2014-cü il üçün proqnozlaşdırılan göstəricidən demək olar ki, iki dəfə azdır. V.Gülməmmədov dövlət büdcəsinin əsas parametrləri haqqında da məlumat verib.
Müzakirələr zamanı çıxış edənlər “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin qanunvericiliyə uyğun hazırlandığını söyləyiblər. Sənədi müsbət xarakterizə edən cəhətlərdən biri ötən il bütün dövlət proqramlarının, layihələrinin uğurla yerinə yetirilməsidir.
İclasda “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb.
Sonda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.(modern.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024