İqtisadiyyat (23-11-2016, 12:10)
HÖKUMƏTDƏN ANOLOQSUZ ADDIM: Yığılacaq cərimələr əvvəlcədən hesablanıb
“Gələn ilin büdcəsinə 101 milyon cərimə və sanksiyalar ödənilməlidir. Bu yalnız sahibkarların ödəyəcəyi məbləğdir”.
Mediatv.az xəbər verir ki, bu fikirləri tanınmış iqtisadçı alim Qubad İbadoğli sosial şəbəkədəki səhifəsində yazıb.
Məlumata görə, Q.İbadoğlu qeyd edib ki, 2017-ci ilin dövlət büdcəsinin 101 milyon manatını cərimə və sanksiyalar üzrə daxilolmalar təşkil edəcək ki, onun da 88,1 fazi və ya 89 milyon manatı büdcə qanunvericiliyinin pozulmasına görə daxilolmlardan formalaşacaq: “Ondan 39 milyon 899 min manatını hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 27 milyon 423 min manat ını əlavə dəyər vergisi, 5 milyon 30 min manatını fiziki şəxslərin gəlir vergisi üzrə maliyyə sanksiyalarından daxilolmalar , 4 milyon 986 min manat sadələşdirilmiş vergi, yerdə qalan hissəsini isə digər vergilər üzrə maliyyə sanksiyalarından daxilolmalar təşkil edəcək”.
Q.İbadoğlunun fikrincə, iqtisadi təhlil işində cərimə və sanksiyalar proqnozlaşdırılmır: “Belə qiymətləndirmələr zamanı cərimə və sanksiyalar üzrə faktiki daxilolmalar göstəricindən istifadə olunur. Çünki, bu mənbədən nə qədər vəsait daxil olacağını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Hətta proqnozlaşdırma aparılarsa onun dəqiq icrasına necə nail olmaq olar? Axı, əvvəlcədən kim necə müəyyənləşdirə bilər ki, sahibkar vergi qanunveriicliyini mütləq pozacaq və ondan da bu qədər cərimə və sanksiyalar alınacaq. Bəlkə növbəti il əksər sahibkarlar büdcə qarşısında öhdəliklərini tam və vaxtında yerinə yetirdi, qanunvericiliyi pozanlar barəsində isə vergi orqanları bilməyərəkdən və ya bilərəkdən məlumatsız oldu. Belə olacağı təqdirdə vergi və digər dövlət orqanları büdcə qarşısında cərimə və sanskiyalar üzrə öhədlikləri necə yerinə yetirəcək?
Burdan çıxan ilkin nəticə odur ki, istənilən halda cərimə və sanksiyalar olacaq və bunu da necə fəaliyyət göstərməsindən asılı olmayaraq sahibkarlar ödəmək məcburiyyətində qalacaq”.