Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (7-11-2016, 14:35)
“Kəskin devalvasiyadan sonra manatın rəsmi məzənnəsi heç vaxt indiki həddə düşməmişdi” - Rövşən Ağayev

rovsen

 

«Valyuta bazarında yaranan ajiotajın dəqiq səbəbləri ilə bağlı müstəqil ekspertlərdən kimsənin tam etibarlı rəy söyləyəcəyi real deyil. Məsələnin peşəkarlıqla əlaqəsi yoxdu, problem informasiya qıtlığı ilə bağlıdır.  Valyutaya tələbi və təklifi formalaşdıran amillərin hər biri ilə bağlı müfəssəl məlumatlar olsa, proqnozların etibarlılıq səviyyəsi də yüksələr».

Mediatv.az xəbər verir ki, bu haqda iqtisadçı-ekspert Rövşən Ağayev öz bloqunda yazıb.

İqtisadçı bildirir ki,  ilk kəskin devalvasiya qərarından ötən 1 il 9 ay ərzində manatın rəsmi məzənnəsi heç vaxt indiki həddə – 1.6596 manat=1 USD həddinə düşməmişdi.

R.Ağayev qeyd edir ki, Neft Fondu müntəzəm olaraq bazara çıxardığı valyutanın həcmi ilə bağlı operativ məlumat versə də, valyuta bazarında təklifi təkcə Fond formalaşdırmır: “ Xarici kredit müqavilələri əsasında gələn valyuta, pul baratları formasında daxil olan valyuta, xarici sərmayə formasında gələn valyuta, xidmət ixracı formasında gələn valyuta – bunların hər biri çox dəqiq informasiya tələb edir. Məsələn, biz bilmirik ki, il ərzində hansı xarici kredit müqavilələri imzalanıb və müqaviləyə uyğun olaraq vəsaitlər rüblər (aylar) üzrə hansı tranş ölçüləri və qrafiki ilə daxil olacaq. Yaxud xarici sərmayə qoyuluşu ilə bağlı təsərrüfat subyektləri arasında bağlanan müqavilə üzrə vəsaitlərin qoyulması hansı qrafiklə həyata keçiriləcək. Məsələn, kim deyə bilər ki, yaxın 1 ayda bağlanmış kredit  və ya sərmayə müqavilələri üzrə iqtisadiyyata əlavə valyuta daxil olmayacaq?

Eyni vəziyyət xarici valyutaya tələbə də aiddir. Valyutaya tələbi təkcə əmtəə idxalı formalaşdırmır. Gömrük Komitəsinin aylıq statistikasına əsasən, idxal üçün valyutaya tələbatı 5 aşağı 5 yuxarı proqnoz etmək olur. Amma hökumətin, bankların, SOCAR-ın hesabına yaxın 2 ayda ölkədən çıxacaq xarici valyutanın həcmi barədə məlumatlıyıqmı? Deyilik. Məsələn, Rusiya Mərkəzi bankı hökumətin və dövlət şirkətlərinin, bankların qarşıdakı rübdə qaytarılacaq həcmi ilə bağlı məlumatı ictimaiyyət üçün açıqlayır. Ona görə sadə vətəndaş belə valyuta bazarının yaxın aylardakı durumunu təsəvvür edə bilir. Bu praktika bizim Mərkəzi Banka aiddirmi? Deyil. Bir qurum deyə ki, xalis daxili və xarici aktivlərin strukturu dövlət sirridi, ondan gərəkli məlumat və şəffaflıq gözləməyin yeri yoxdur”.

“Amma elə məlumatlar var ki, onu müstəqil ekspertlər təhlil edə, həmin məlumatlar əsasında valyuta bazarının durumu ilə bağlı gözləntiləri əsaslandırmaq, trendeləri qeyd etmək mümkün olur. Məsələn, büdcə xərcləmələrinin dinamikası və miqyası belə göstəricilərdən biri kimi istifadə edilə bilər. Azərbaycan hökuməti 2016-cı ilin 9 ayında dövlət büdcəsi vasitəsilə 10.6 milyard manat xərcləyib. Bu, illik büdcə proqnozunun 57%-nə bərabərdir. Bu o deməkdir ki, hökumət büdcəni nəzərdə tutulan səviyyədə xərcləməli olsa, sonuncu rübdə az qala əvvəlki 3 rübdə xərclədiyi qədər vəsait xərləməli olacaq. Bu nə deməkdir? Arxada qalan 9 ayda hər rüb üzrə orta hesabla 3.5 milyard manat xərclənib, amma təkcə son rübdə 8 milyard manat xərcləmək lazım gələcək. Aydındır ki, bu qədər vəsaitin qısa müddətdə iqtisadiyyata yönəlməsi likvidliyi kəskin artırmaqla manata təzyiqi də gücləndirər”,- deyə ekspert vurğulayır.

İqtisadçı yazır ki, başqa bir göstərici xidmət ixracından valyuta daxilolmalarının həcmi ilə bağlı gözləntilər ola bilər: “ Belə ki, iqlimdən asılı olaraq Azərbaycanda turizm xidmətlərinin axınından daxilolmalar rüblər üzrə fərqlənir. Ötən illərin statistikasına baxsaq, rüblər üzrə bu göstəricinin məbləği arasında 100-150, bəzi hallarda 250-300 milyon dollar fərq yarandığını görmək mümkündür. Azərbaycana xarici turist axını yaz-yay aylarında daha genişmiqyaslı olduğunu nəzərə alsaq, ehtimal etmək olar ki, son 3 ayda turizmin gətirdiyi xarici valyuta azala bilər.

Müstəqli təhlillər əhəmiyyətlidir və vacibdir. Lakin Mərkəzi Bankın və Maliyyə Nazirliyinin daha şəffaf informasiya siyasəti yürütməsi bu təhlillərin sambalını daha da artıra bilər”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024