İqtisadiyyat (14-10-2015, 22:59)
Azərbaycanda görünməmiş bank fırıldağı
Bank işçiləri dəmir-dümürü zinət əşyası kimi sənədləşdiriblər, sonra da bu “girov”la bankdan tanışlarının adına kredit kimi külli miqdarda pul götürüb mənimsəyiblər.
Məhkəmənin hökmündə göstərilir ki, “Azərbaycan Sənaye Bankı”nın işçiləri müştərilərdən girov olaraq dəmir parçaları qəbul ediblər. Həmin əşyaları qızıl-zinət əşyaları kimi qeydə alıblar. Bu yolla da azı 200 min manat qazanaraq aralarında bölüşdürüblər. Ancaq məsələnin üstü tez açılıb deyə, bundan artığını qazana bilməyiblər
“Azərbaycan Sənaye Bankı” ASC-nin Gəncə filialının işçiləri olmuş İlqar Əliyev, Nəriman Bayramov, Talıb Həsənov, bu işdə iştirakçı olmuş Şahin Ələkbərov, Elfaq Abbasov, Samir Seyidov elə Gəncədə mühakimə olunublar.
DƏMİR PARÇALARINI QIZIL-ZİNƏT KİMİ DƏYƏRLƏNDİRİBLƏR
İlqar Əliyev bankın Gəncə filialında girov kimi təqdim olunan metalın əyarını, çəkisini, dəyərini müəyyən edən işçi olub. İttihama görə, o, iş yoldaşları ilə əlbir olaraq kredit götürmək üçün filiala müraciət edən 54 nəfər müştəri tərəfindən girov qoyulmasından ötrü təqdim olunmuş dəmir parçalarını qızıl-zinət əşyası kimi qiymətləndirib. Bu barədə saxta rəylər verərək həmin şəxslərin adına müxtəlif məbləğlərdə kreditlərin rəsmiləşməsinə nail olub. Bu yolla onlar bankdan xeyli pul ələ keçiriblər.
Bank işçiləri ifadələrində göstəriblər ki, rəy verdikləri əşyaların dəmir parçası olduğunu bilməyiblər.
Bank işçiləri ilə bərabər mühakimə olunan Şahin Ələkbərov, Elfaq Abbasov, Samir Seyidov ifadələrində göstəriblər ki, bank işçiləri ilə razılığa gəliblər. Tanışlarının adına rəsmiləşdirdikləri kreditləri öz aralarında bölüşdürüblər.
BANKIN RƏHBƏRLİYİ ÖZÜ MÜRACİƏT EDİB
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bank işçiləri 7 ildən 8 ilədək azadlıqdan məhrum ediliblər. Onlarla əlbir olan digər təqsirləndirilənlər isə hər biri 7 il 6 ay müddətinə şərti cəzalandırılıblar.
Həbsdə olan bank işçiləri İlqar Əliyev, Nəriman Bayramov və Talıb Həsənov cəzanın ağır olduğunu əsas gətirərək apellyasiya şikayəti veriblər. Elə Gəncə Apellyasiya Məhkəməsində şikayətə baxılıb və təmin olunmayıb.
İki il əvvəl “Azərbaycan Sənaye Bankı”nın Gəncə filialının rəhbərliyi həmin işçiləri barədə özü Baş Prokurorluğa ərizə ilə müraciət edib. Ərizə araşdırılıb və bank işçilərinin qızıl əşyalarının girov qoyulması ilə bağlı saxta sənədlər düzəldərək bankın xəzinəsindən 216 min manat əldə etdikləri üzə çıxıb. (azadliq.org)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024