Sosial (23-01-2015, 12:58)
“AzərKredit”in hesabı həbsdə: Müştərilərin qızılları geri qaytarılmır
"VF AzərKredit" bank olmayan kredit təşkilatı ilə bu qurumdan girov müqabilində vəsait götürmüş vətəndaşlar arasında böyük qalmaqal yaranıb
İki aya yaxındır ki, borcunu ödəyən müştərilərin qızıl-zinət əşyaları sahiblərinə qaytarılmır".
Bu barədə "Bizim Yol" qəzetinə "VF Azərkredit"ə girov verdiyi əmlakını ala bilməyən müştərilər məlumat verib. Mənbə bildirib ki, iki aya yaxındır götürdüyü krediti bağlasa da, qızıl-zinət əşyalarını ona qaytarmırlar: "Hər dəfə bizə bir söz deyib geri qaytarırlar. Sonuncu dəfə dedilər ki, problem "VF Azərkredit"in bütün strukturlarında yaşanır, nə zaman həll olunacağı da bəlli deyil. Arzuolunmaz duruma görə müştərilərin yanında etibarı itiriblər".
Qəzetin əməkdaşı problemlə bağlı təşkilatın Gəncə ofisi ilə əlaqə saxlayıb. Qurumun əməkdaşı yaranmış vəziyyətlə bağlı bunları bildirib: "VF Azərkredit"in hesablarına və girov qutularına qarşı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin qərarı ilə həbs qoyulub. Təşkilatın fəaliyyətində hansısa şübhəli məqamlarla bağlı araşdırma aparılır. Bu səbəbdən biz vətəndaşların girov əmanətlərini geri qaytara bilmirik".
Təşkilatın baş ofisindən isə bildirilib ki, gün ərzində sualları cavablandırılacaq.
Xatırladaq ki, "Azərkredit" 1996-cı ildə yaradılıb. 2002-ci ildə "VF AzərKredit" Məhdud Məsuliyyətli Cəmiyyət kimi qeydiyyatdan keçib və 2003-cü ildə Azərbaycan Mərkəzi Bankının lisenziyasını alıb.
Təşkilatın saytında yer alan məlumata görə, "VF AzərKredit"in 38 rayonda 45 ofisi fəaliyyət göstərir ki, bunlardan 22-si digər ərazilərlə müqayisədə maliyyə xidmətləri ilə kifayət qədər təmin olunmayan kənd əraziləridir. Təşkilatın aktiv müştərilərinin sayı 80,000 nəfəri ötüb, portfelinin həcmi isə 83 milyon ABŞ dollarına çatır.
"VF AzərKredit"in 700-dən çox əməkdaşı vardır ki, onlar da təşkilatın əsas aktivləri hesab olunur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
13 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
12 11 2024
11 11 2024
11 11 2024
11 11 2024
11 11 2024
11 11 2024