Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (22-09-2015, 20:50)
“Azərbaycanda yenə devalvasiya gözlənir” – Asiya İnkişaf Bankı

093“Azərbaycanın xarici valyuta ehtiyatlarının azalması və neftin uzuşlaşması manatın növbəti devalvasiyasına səbəb ola bilər. Əgər indiki trend qarşıdakı aylarda da davam edərsə.” 

Mediatv.az xəbər verir ki, bu, Asiya İnkişaf Bankının gözləntisidir.Azadlıq.info-nun məlumatına görə, bankın “Asian Development Outlook 2015 Update” adlı hesabatında bildirilir ki, Azərbaycanın bank sektorundakı dollarlaşma ən çox narahatlıq doğuran amildir: “Bu ilin fevralındakı devalvasiyadan sonra dollar depozitləri az qala iki dəfə artıb”.

Bank qeyd edir ki, Azərbaycanın xarici valyuta ehtiyatları bu ilin yanvar-avqust aylarında təxminən 30 faiz azalıb. Bu azalma Mərkəzi Bankın devalvasiyadan sonra manatın məzənnəsini sabit saxlamaq cəhdlərinin nəticəsidir.
Manatın məzənnəsi dünya bazarlarında neftin qiymətindən asılıdır. Əgər ötən ilin avqustunda Azərbaycan nefti 103.08 dollara satılırdısa, indi iki dəfədən çox ucuzlaşıb. Ölkədə inflyasiya sürətlənib. Və devalvasiya xaricdən gətirilən malların qiymətinin artmasına şərait yaratmaqda davam edəcək:
Bank xatırladır ki, hökumət qənaətə keçib: “2016-cı ilin dövlət büdcəsi yığcamlaşdırılıb, bəzi investisiya layihələri təxirə salınıb.”
Amma növbəti devalvasiya ilə bağlı proqnozuna baxmayaraq bank bundan əvvəlki hesabatda Azərbaycanın inkişaf tempi ilə bağlı verdiyi proqnozu dəyişməyib.
Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb. Məqsədi Asiyada iqtisadi inkişafa dəstək verməkdir. Mərkəzi qərargahı Filippində yerləşən bankın nizamnamə kapitalı 55 milyard dollardır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024