Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (14-08-2015, 15:57)
Azərbaycanda Çin malları bahalaşa bilər

Çinin milli valyutası olan yuan son 3 gündə dollarla müqayisədə 4,6 faiz devalvasiya edib

 

Çin Mərkəzi Bankının məlumatına görə, son günlərdə milli valyuta dollara nisbətdə bu qədər dəyər itirib.
Yeri gəlmişkən, Azərbaycanın Çinlə 2015-ci ilin ilk yarısında ticarət dövriyyəsi 288,4 mln. dollar olub. Onun 259,3 mln. dollarını da idxal əməliyyatları təşkil edib. Çində baş verən son devalvasiyadan sonra Azərbaycan tərəfi Çin mallarına dollarla 4,6 faiz daha az vəsait ödəyəcək ki, bu da yarımillik üçün təxminən 12 milyon dollara bərabərdir.
Ötən ilin eyni dövrüylə müqayisədə Azərbaycanın Çindən idxalı 50,6 milyon dollar və ya 16,3 faiz azalıb.
Çindəki böhranın ölkəmizə hansı təsir göstərəcəyi iqtisadçı ekspertlərin hazırda müzakirə mövzusudur. Bildiyimiz kimi, bu məsələ artıq Neft Fonduna birbaşa təsir edib. Fond 18 milyon manat pul itkisi ilə qarşılaşıb. Məsələnin digər tərəfi Çindəki böhranın azərbaycanlı sahibkarlara, biznesmenlərə təsiridir ki, ekspertlər bunun da mümkün təsirini indidən proqnozlaşdırırlar.
Ekspertlərin qənaətincə, Çinin qiymətli kağızlarına qoyulan 500 milyon investisiyanın qarşılığında 18 milyon itirməyimiz elə də adi məsələ deyil. Yuanın dollar qarşısında məzənnəsi aşağı düşdüyü üçün bu qədər vəsaitimiz itkiyə gedib. Ekspertlər bununla belə, durumun pozitiv tərəfinə də diqqəti çəkirlər: “Rusiya və Qazaxıstanla müqayisə edəndə, bizim istehlak bazarımızda Çin məhsulları və xidmətləri o qədər də böyük yer tutmur. Çin bazarının həmin ölkələrdə xüsusi çəkisi var. Yuanın dəyərdən düşməsinin Çinə gedib-gələn iş adamlarımızın bazarına mümkün təsiri var. Belə ki, əvvəlkinə nisbətən onlar Çindən daha baha qiymətə mal-məhsul alıb gətirəcəklər. Təbii ki, ordan gətirilən məhsullarda əvvəlkiylə müqayisədə müəyyən qiymət artımı da olacaq. Çin yuanının dəyər itirməsinin bizə dolayısıyla belə mənfi təsiri ola bilər”.(azadliq.info)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024