Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (29-03-2014, 11:44)
Maşın bazarında 1 aprel canlanması

Son 2 günə Gürcüstandan Azərbaycana 700-ə yaxın maşın gətirilib; "Avro-4" standartına keçidlə bağlı qoyulan qadağaya görə alverçilərə hərəkətə keçib

Aprelin 1-dən "Avro-4" standartlarına keçidlə əlaqədar 2005-ci ildən aşağı olan avtomobillər Azərbaycana buraxılmayacaq. Üç gündən sonra Azərbaycanda "Avro-4" standartına keçidlə bağlı 2005-ci ilə qədər istehsal olunmuş avtomobillərin ölkəyə gətirilməsinə qoyulan qadağanın qüvvəyə minməsi qonşu Gürcüstanda maşın bazarına ciddi təsir göstərib.

ANS-in bölgə müxbirinin xəbərinə görə, aprelin 1-dən “Avro-4" standartlarına keçidlə əlaqədar istehsal ili 2005-ci ildən aşağı olan avtomobillərin Azərbaycana buraxılmayacağı ilə bağlı verilən qərar regionun ən böyük maşın bazarı olan Rustavi maşın bazarında canlanmaya səbəb olub. Rustavi maşın bazarından verilən məlumata görə, son iki gündə istehsal tarixi 2001-dən aşağı olan 700-ə yaxın avtomobil azərbaycanlılar tərəfindən alınıb. Bu isə son bir neçə ildə qeydə alınan ən böyük göstəricidir. Son bir neçə gündür Gürcüstanın maşın bazarlarından azərbaycanlı alıcıların aktivliyi müşahidə olunur. Azərbaycanlı maşın alıcıları isə daha çox 1999 və 2001-ci il istehsalı olan avtomobilləri almağa üstünlük verirlər. 

Maşın bazarının satıcılarını da bu vəziyyət narahat edir. Çünki Gürcüstanın maşın bazarlarında əsas alıcı qüvvəsi Azərbaycan vətəndaşlarıdır. Onların əksəriyyəti isə daha ucuz maşınlara üstünlük verirlər. Bu səbəbdən də qanun qüvvəyə minən gündən etibarən Gürcüstanın maşın bazarlarında durğunluğun hökm sürəcəyi gözlənilir.

Rustavidəki canlanma Badamdartdakı  maşın bazarına təsirsiz ötüşməyib. Bazar çalışanlardan “Yeni Müsavat”a verilən məlumata görə, “Avro-4" standartına keçidlə əlaqədar Gürcüstan və Almaniyadan ölkəmizə ili 2005-dən aşağı olan maşınların gətirilməsi halları çoxalıb.

Avtoekspert Nemət Ağalarovun “Yeni Müsavat"a verdiyi açıqlamaya görə, bayram günlərində Sulutəpədəki avtomobil gömrüyündə yığılıb qalan ili köhnə avtomobillər qeydiyyata alınmaya bilər: “Hazırda gömrük məntəqəsində qeydiyyatdan keçməyi gözləyən maşın çoxdur. Yeni standartın tətbiq edilməsinə 1-2 gün qalıb. Bu da onu deməyə əsas verir ki, alıcıları çox ağır günlər gözləyir. Ümumiyyətlə fevral ayından maşın bazarında olan durğunluğu süni yolla qaldırmaq istəyənlər peyda olub. Amma onların həyata keçirdiyi lizinq və bənzəri avtomobil kreditləri güclü effekt yaratmayıb”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024