Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (8-08-2025, 22:47)
Məşhur şirkətin Bakıdakı ofisi müsadirə olunaraq hərraca çıxarılıb - Foto

bitmap-img6


Bakı şəhəri Səbail rayonu Salyan şossesi 14-cü km 2, korpus A, 1A ünvanında yerləşən qeyri-yaşayış sahəsi hərrac vasitəsilə satışa çıxarılıb.


Yeniavaz.com xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 3 mərtəbədən ibarətdir.

Satışa çıxarılan obyektin sahəsi 1 438,9 kvadrat metrə bərabərdir. 14 otaqdan ibarət olan obyektin  ilkin satış qiyməti 2 milyon 700 min manat təşkil edir.
Qeyd edək ki, bu obyektdə “ACE Forvarding” adlı şirkət fəaliyyət göstərib. Səbail rayonu Salyan şossesi 14-cü KM ünvanı eyni zamanada 2004-cü ildə dövlət qeydiyyatına alınan “ACE Forwarding Caspian” Şirkətinin (VÖEN – 1700057041) hüquqi ünvanı olub. Qanuni təmsilçisi Villiam Fransis Quinn olan şirkət hazırda passiv vergi ödəyicisdir. 2019-cu ildə dövlət qeydiyyatına alınan “ACE Forvarding” MMC (VÖEN – 1702619381) adlı şirkətə isə Con Oliver Quinn rəhbərlik edir.

Şirkətin rəsmi saytında qeyd olunub ki, “ACE Forvarding” 1996-cı ildə multimodal logistika və ekspeditor şirkəti kimi Azərbaycanda yaradılıb. Bildirilir ki, şirkətin Azərbaycan və Gürcüstanda 100-dən çox işçisi var. “ACE Forwarding” şirkətinin ilk dəfə 1994-cü ildə Şotlandiyada yaradıldığı qeyd olunur.




шаблоны для dle 11.2

Xəbər lenti
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
17 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025
16 12 2025