Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (1-04-2025, 20:01)
AQTA-nın qərarına məhəl qoymayan "Top Qapı" restoranının sahibi cəzalandırıldı

 Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu, 26 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Pərviz Almas oğlu Dadaşova məxsus "Top Qapı" ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb və qida obyektinin mətbəx sahəsinin fəaliyyəti həmin nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
 
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
 
Bildirilib ki, agentlik tərəfindən həmin qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə aparılan baxış zamanı "Top Qapı" restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib.
 
Faktla bağlı sahibkar barəsində qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində agentliyin qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati icraata başlanılıb və müəssisənin mətbəx sahəsinə nöqsanlar tam aradan qaldırılanadək yenidən müvəqqəti məhdudiyyət tətbiq olunub.
 
Xatırladaq ki, sözügedən restoranda bu il martın 12-də ciddi nöqsanlar aşkarlanmış, sahibkar barəsində inzibati protokol tərtib edilmiş və qanunvericiliyə uyğun zəruri tədbirlər görülmüşdü.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
2 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025
1 04 2025