İqtisadiyyat (Dünən, 17:27)
Üç şirkət 62 min cərimə edildi
Bu barədə “Qafqazinfo”ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı “Az Deniz” MMC, “Miral” MMC və “Dostlar” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.
Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal, Nəsimi və Suraxanı Rayon məhkəmələrinə göndərilib.
Məhkəmələrin müvafiq qərarları əsasında “Az Deniz” MMC və “Dostlar” MMC ayrılıqda 20 min, “Miral” MMC isə 22 min manat məbləğində inzibati cərimə edilib.
