Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (4-03-2025, 08:35)
Türkiyə səfiri İran XİN-də - Fidana daha bir etiraz

 İran xarici işlər nazirinin müavini Mahmud Heydəri Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Hicabi Kırlanğıç ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Martın 3-ü axşam saatlarında keçirilən görüşdə Türkiyə xarici işlər nazirinin son bəyanatlarına istinad edən Heydəri vurğulayıb:
“İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”.
Heydari İsrailin davam edən təcavüzü və genişlənməsini regionun sabitliyi və təhlükəsizliyi üçün ən böyük təhdid adlandırıb:
“Əhəmiyyətli islam ölkələrinin bütün səylərini sionist rejimin (İsrail – red.) məzlum Fələstin xalqı və Suriya da daxil olmaqla, regionun digər xalqlarına qarşı cinayət və təcavüzlərinin dayandırılmasına yönəltməsi gözlənilir”.
Xatırladaq ki, bundan öncə İran XİN sözçüsü Bəqai Türkiyə XİN rəbərinin sözlərinə cavab xarakterli açıqlama yaymışdı.
Qeyd edək ki, Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində İranın bölgədə öz maraqları üçün çoxlu vəsait xərclədiyini xatırladaraq, Suriyaya münasibətdə əvvəlki səhvlərin təkrarlanmaması gərəkdiyini bildirmişdi. Həmçinin İrana xatırlatmışdı ki, sizə daş atılmasını istəmirsinizsə, başqalarına atmayın.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
31 03 2025
30 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025
29 03 2025