İqtisadiyyat / Slayd (13-10-2023, 08:42)
Quru sərhədlər açıq olsaydı... - YERLİ TURİZM NİYƏ BATIR?
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 1 milyon 162 min 949 nəfər səfər edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 32 % çoxdur. Bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təkcə sentyabrda isə ölkəyə gələn turistlərin sayı illik müqayisədə 21 % artaraq 158 min 803 nəfərə çatıb.
Ötən ay turistlərin təmsil etdikləri ölkələrin ilk 15-liyinə Rusiya başçılıq edir. Sentyabrda Şimal qonşumuzdan Azərbaycana 50,5 min nəfər gəlib. İlk üçlüyü 36,1 min nəfərlə Türkiyə və 15,5 min nəfərlə İran tamamlayıb.
Siyahıda növbəti yerləri Hindistan (11,6 min), Gürcüstan (10 min), Səudiyyə Ərəbistanı (7 min), Qazaxıstan (6,7 min), Pakistan (5,5 min), İsrail (4,3 min), Çin (4 min), Özbəkistan (3,6 min), Küveyt (3,1 min), Ukrayna (3 min), Türkmənistan (2,3 min) və ABŞ (2,2 min) tutub.
Regional baxımdan isə ilk 3-lüyə 26,3 %-lə Rusiya, 20,3 %-lə Asiya və 18,8 %-lə Türkiyə daxil olub. Növbəti yerlərdə 10 %-lə Yaxın Şərq, 8,65 %-lə Avropa, 8,1 %-lə İran və 2,7 %-lə digər regionlar qərarlaşıb.
DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı “Sherg.az” a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, keçən illə müqayisədə bu il artımın baş verməsi gözlənilən idi:
“Çünki əvvəlki illərlə müqayisədə bu il bütün istiqamətlərdə çox sayda yeni reyslər açılıb. Quru sərhədlər açıq olsa idi, ölkəyə gələn turist sayı bundan qat-qat çox olardı. Quru sərhədlərin bağlı olması turizmə böyük ziyan vurur. Buna baxmayaraq tək hava yolu ilə turist sayında artımın olması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərən amildir. Hər bir turist ölkəyə gələrkən bəlli bir vəsait xərcləyir. İctimai iaşə obyektlərinin, otellərin, taksi xidmətlərinin və digər xidmət sahələrinin gəlirlərinə müsbət təsir göstərir. Onların da vergi öhdəlikləri artır ki, buda dövlət büdcəsinə daha çox vəsaitin vergilər şəklində daxil olmasına səbəb olur. Turizmin multipikativ effekti var. Bir çox sahəyə təsir qabiliyyəti olduğu üçün olduqca vacib sektordur”.
N. Cəfərli quru sərhədlər açıldıqdan sonra Azərbaycanda turizm potensialının daha geniş olduğu üzə çıxacağını vurğulayıb:
“Pandemiyadan öncəki yəni 2019-cu ildə Azərbaycanda ən çox turist qəbul edilən dövr olmuşdu. Hazırki reys saylarının artmasını və quru sərhədlərinin açıldığını düşünsək o zaman turizmin ölkə iqtisadiyyatında rolunun artmasına şahidlik edəcəyik”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024