Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (7-10-2023, 08:54)
Ankara terroru və İranın ASALA-ya dəstəyi... - Haray

 İkinci Qarabağ müharibəsində və 2023-cü ilin sentyabrındakı antiterror tədbirlərinin keçirildiyi ərəfədə İsrailin Azərbaycanın yanında olması İranın xoşuna gəlmədi. Buna görə də Tehran rejimi ASALA terror təşkilatı vasitəsi ilə İrəvandakı yəhudilərə qarşı belə bir hücuma əl atdı. Bilirik ki, İran bu terror təşkilatının arxasında dayanır.
Bu sözləri Axar.az-a güneyli jurnalist Məsud Haray İrəvanda yəhudilərin sineqoquna edilən hücum haqqında danışarkən deyib.
O bildirib ki, İran–Ermənistan dostluq münasibətləri belə bir ehtimalın yüksək olmasına əsas verir:
“ASALA və digər terror qrupları ilə Tehran rejiminin yaxın əlaqələrinin olması heç kimə sirr deyil və bu, dəfələrlə sübut olunub. İranda ASALA-nın komandiri Daruş Şayiqanın dəfnində İran nazirləri iştirak ediblər. Bu isə birbaşa İranın ASALA-nı dəstəklədiyi anlamına gəlir.
Tehran rejimi dəstəklədiyi terror qruplarını yenidən canlandırmaq niyyətindədir. Keçən həftə İran rejimi İraqdakı kürd terror təşkilatlarına tərki-silah olmaları haqqında əmr verdi. Sonra onun ardınca PJAK rəhbəri “İranın bütövlüyü bizim qırmızı xəttimizdir. İranda mövcud hökumət davam etməlidir. Biz İranın qulluğundayıq” - deyə Tehran hökumətini dəstəkləyən bir bəyanat verdi. Hətta açıq şəkildə qeyd etdi ki, Türkiyə onların düşmənidir. Bir neçə gündən sonra isə PKK tərəfindən Ankarada terror hadisəsi törədildi. Bu hadisələrin ardıcıllığına və bir-biri ilə əlaqəsinə baxanda aydın olur ki, İran bütün proksi qüvvələrini bir araya gətirmək və Zəngəzur bölgəsinə yerləşdirmək niyyətindədir”.
O, erməni separatçıların İranda təlimə cəlb edilməsinə də toxunub:
“Hətta Qarabağ bölgəsindən qovulan erməni separatçılarının da İranda silahlı təlim keçirilməsinə şahid olduq. Tehran rejimi dəstəklədiyi terror qruplarını Zəngəzur bölgəsinə cəm edib, orada yenidən ASALA terror təşkilatını gücləndirməyə çalışır. Məqsədi bu güclərin vasitəsi ilə Zəngəzur dəhlizinin açılmasına əngəl olmaqdır”.шаблоны для dle 11.2

Xəbər lenti
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024