Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (25-03-2023, 10:04)
Azərbaycana ən çox pul yatıran ölkələr hansılardır? - İNFOQRAFİKA

Azərbaycana ən çox pul yatıran ölkələr hansılardır?
2023-cü ilin yanvar ayında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 91,7 milyon manat və ya 2022-ci il ilin müvafiq ayı ilə müqayisədə 61,2 faiz çox vəsait yönəldilib.
Bəs maraqlıdır, cari ilin əvvəlində Azərbaycana ən çox hansı ölkələr sərmayə qoyublar?
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 259,9 milyon manatı (92,9 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya, Rusiya, Norveç, Fransa və İran sərmayədarlarına məxsus olub.

Azərbaycana ən çox pul yatıran ölkələr hansılardır?

Xarici mənbələr üzrə sərmayə qoyuluşu azalıb

Ümumilikdə 2023-cü ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 279,7 milyon manat vəsait yönəldilib. 2022-ci ilin yanvar ayında isə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 296,1 milyon manat vəsait yönəldilib. Beləliklə, 2023-cü ilin yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici mənbələr üzrə sərmayə qoyuluşunda 5,5 faiz azalma qeydə alınıb.
2022-ci ilin yanvar ayında isə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 292,3 milyon manatı (98,7 faizi) Birləşmiş Krallıq, ABŞ, Yaponiya, İsveçrə, Türkiyə, Norveç, Malayziya, Hindistan, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Daxili mənbələrdən sərmayə qoyuluşu üstünlük təşkil edir


Qeyd edək ki, 2023-cü ilin yanvar ayında daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 74,4 faizini təşkil edib.
Ümumi sərmayənin 506,2 milyon manatı və ya 46,4 faizi məhsul istehsalı sahələrinin, 529,0 milyon manatı (48,4 faizi) xidmət sahələrinin, 56,5 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
Ümumi sərmayənin 57,5 faizi dövlət, 42,5 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Sərmayə qoyuluşunun 77,3 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.
//Sputnik Azərbaycan//
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024