Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat / Slayd (15-03-2023, 08:34)
Xərcimiz gəlirimizdən çox olur - NƏ ETMƏLİ?

Azərbaycanda son 7 ayda balans pozulub: Xərcimiz gəlirimizdən çox olur
Son aylar Azərbaycanda gündəlik qida məhsullarının qiymətlərində ciddi artım müşahidə edilir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 12,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,6 faiz tartıb. 2023-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin fevral ayına nisbətən 14,1 faiz yüksəlib. Beləliklə, illik inflyasiyanın sürəti 0,5 faiz bəndi artıb.

Ümumiyyətlə, illik inflyasiyanın bu göstəricisi nə dərəcədə realdır? İnflyasiyanın artmasına hansı faktorlar səbəb olur?

Mediatv.az-ın məlumatına görə, məsələ ilə bağlı iqtisadçı ekspert Asim İbrahimov Cebhe.info-ya şərhində bildirib ki, Azərbaycanda inflyasiyanın həddi cüt rəqəmlə ölçülür:

“Bu məsələdə ilk növbədə daxili və xarici faktorları nəzərə almalıyıq. Dünyada baş verən qlobal istiləşmə, postpandemiya dönəmi, o cümlədən Rusiya-Ukrayna müharibəsindən doğan nəticələr ölkəmizdə inflyasiyanın artmasına səbəb olur. Bir çox məhsullar, eləcə də ölkəmizdə istehsal olunan məhsulların xammalları xarici ölkələrdən idxal edilir. Bu da iqtisadiyyata təsir edir. Onu da nəzərə almalıyıq ki, ölkəmizdə inflyasiya dövrü xarakter daşıyır. Bayram ərəfəsində tələbat artıdığına görə bir sıra qida məhsullarında, xüsusilə gündəlik ərzaqlardə qiymətlər artır. Bu kimi qiymət artımı hər il müşahidə edilir. Hesab edirəm ki, dövlətin inflyasiya ilə bağlı təqdim etdiyi 14% minimal bir rəqəmdir. Onsuz da Azərbaycan vətəndaşı piştaxtalarda inflyasiyanın iki dəfə artığına öz gözləri ilə görüb”.

İqtisadçının fikrincə, yaxın aylarda Azərbaycanda inflyasiyanın artması müşahidə edilə bilər:

“İnflyasiyanın ən qorxulu növü gizli inflyasiyadır. Əgər alt elementlərdə bahalaşma gedirsə, bu, artıq inflyasiyanın gizli növüdür. Hazırda ölkəmizdə bu proses gedir. Güman edirəm ki, bir neçə aydan sonra gizli inflyasiyaya şahid olacağıq”.

Asif İbrahimov qeyd edib ki, Azərbaycanda aylıq maaşlarda artımla qiymət artımı arasında balans pozulur:

“Balansın pozulması sentyabr ayından bəri müşahidə edilir. Azərbaycan vətəndaşının büdcəsində xərclər gəlirlərdən daha çoxdur”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024