Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (7-02-2023, 09:08)
İran-Rusiya gizli sövdələşməsi – Markov açıqladı

 İranın dronları döyüş zamanı yaxşı nəticə göstərdiyindən Rusiya böyük həcmdə PUA aldı. Dronlar rus ordusuna bu seqment üzrə öz effektivliyini artırmağa imkan verdi. Nəticədə isə İrana təzyiqlər artdı.
Bu sözləri tanınmış rusiyalı politoloq Sergey Markov Axar.az-a Rusiya-İran arasında PUA istehsalı sahəsində əməkdaşlığa dair gizli danışıqları şərh edərkən deyib.
Ekspertin fikrincə, Rusiya artıq dron istehsalına başlayıb:
“İran hər zaman dronlarını Rusiyaya göndərdiyini inkar edir. Hərbi analitiklərin çoxu hesab edirlər ki, “Geran”lar qismən modifikasiya olunmuş İran “Şahid”ləridir. Bəlkə də nə vaxtsa belə olub, indi isə bu təbliğat tezisidir. Çox güman ki, İranın satdığı dronların ehtiyatı bitib və Rusiya öz zavodlarında bu dronları istehsal edir. İlkin bazası İranın olsa da, istehsal olunduğu yer Rusiyadır. Bu dronlar lokalizasiya səviyyəsi, texnoloji həlli, modelləşdirilməsi nəticəsində daha çox Rusiyanın hesab olunur. Düşünürəm ki, Rusiyada artıq ötən ilin payızından bu dronlar istehsal olunur.
Rusiyalı mühəndislər İran dronlarında müxtəlif yenilənmələr edirlər. Unutmaq olmaz ki, Rusiyanın aviasiya və aero-kosmik sənayesi inkişafda digərlərindən geri qalmır. Raket texnologiyalarını da nəzərə alsaq, dron istehsalında da bu texnologiyanın əhəmiyyəti var. Rusiya mühəndisləri İran dronlarını qısa zamanda elə modifikasiya edə bilərlər ki, onlar əhəmiyyətli dərəcədə dəyişib, fərqlənər”.
ABŞ-ın Rusiya-İran əməkdaşlığına son qoymaq istədiyinə diqqət çəkən ekspert rəsmi Tehranın Qərbi aldatmaq siyasəti apardığını bildirib:
“Müasir dünya elədir ki, rəqibləri birbaşa aldatmaq normaya çevrilib. İran hesab edir ki, Qərbin və Amerikanın qarşısında əyilsə, ona daha çox zərbələr ala bilər. Bu mənada İran üçün ona qarşı istifadə olunan sanksiyaların mənasızlığını göstərmək və Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirmək çox vacibdi”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024