Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (27-09-2022, 09:15)
Nikol Fransaya, Armen ABŞ-a getdi: İrəvan nəyə çalışır? - İNCƏLƏMƏ...

 Ermənistan müstəqil dövlət deyil. Ona görə yenə özünə yeni “ağa” axtarışına çıxıb. Müstəqil olmadığı üçün də ağa hansı havanı çalacaqsa, ona da oynayacaq.Mediatv.az xəbər verir ki, bu sözləri Paşinyanın Fransaya, Armen Qriqoryanın isə ABŞ-a səfərini Axar.az-a şərh edən Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

Alimin sözlərinə görə, hər cür təxribat gözləniləndir və Azərbaycan buna mütləq şəkildə hazırlıqlı olmalıdır:
“Hazırki məqamda İrəvandan təxribat və növbəti müharibəyə cəhd də daxil olmaqla, hər şeyi gözləmək olar. Ermənistanda iqtidar yeni müharibənin ölkə üçün fəlakət olacağını bilir. Lakin buna baxmayaraq, Azərbaycanı işğalçı kimi qələmə vermək üçün belə bir addımı ata bilər. Əslində bunun siqnalını Paşinyan BMT-dəki hiyləgər çıxışı ilə verib. O öz ölkəsini məzlum və sülhə can atan tərəf kimi göstərməyə cəhd edərək Azərbaycandan Ermənistanın ərazi bütövlüyünü tanımağı tələb edib. Lakin işğala məruz qalan Azərbaycandır, bununla bağlı BMT TŞ-nin məlum dörd qətnaməsi var. Ona görə Ermənistan dövləti ilk növbədə Azərbaycanın ərazi bütpvlüyünü tanımalıdır. Bundan sonra Azərbaycan da beynəlxalq hüquqa görə Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Bu səbəbdən Paşinyanın dilə gətirdiyi tələb absurddur”.

Professor bildirib ki, Bakı dəfələrlə İrəvana sərhədlərin delimitasiyasına başlamağı təklif edib, onlar isə buna sərhəd təxribatları, sərsəm açıqlamalar ilə cavab verib:

“Ona görə, Azərbaycan öz sərhədlərini qorumalı və beynəlxalq hüquqla ölkəmizin ərazisi kimi tanınan bölgədə suverenliyini bərpa etməlidir.

Ümumiyyətlə isə vurğulamaq istəyirəm ki, Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalananadək dövlətimiz qarşı tərəfdən gələcək bütün təxribatlara hazırlıqlı olmalıdır. Bölgənin, xüsusilə Azərbaycanın yaxın gələcəkdə bütün dünyada geostrateji mövqeyi güclənəcək, önəmi artacaq. Artıq indidən bu prosesi görmək mümkündür. Cənubi Qafqazda maraqları olan bir sıra böyük güc mərkəzlərinə isə ərazi problemi olmayan və suverenliyini tam bərpa etmiş, bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər quran Azərbaycan sərf etmir. Bütün bunlara görə, Ermənistan üzərindən Cənubi Qafqazdakı proseslərə müdaxilə etmək və söz sahibi olmaq üçün onu müxtəlif vədlərlə hər cür təxribata həvəsləndirirlər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024