Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (23-09-2022, 09:16)
Ərdoğan Bakı ilə bağlı bunu dünyaya bəyan etdi

 Ermənistan dayılarının və arxayın olduqları yerlərin suflyorluğu ilə Azərbaycana qarşı təxribatlarını davam etdirir. Bu qəbuledilməzdir.
Bu sözləri Axar.az-a Ermənistanın son Kəlbəcər təxribatı haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. General ehtiyac yarandığı təqdirdə Türkiyənin Şuşa Bəyannaməsinə görə Azərbaycana hər cür dəstək göstərəcəyini vurğulayıb:
“Ermənistan terror fəaliyyətləri ilə bir tərəfdən suveren dövlətin ərazilərinə təcavüzə çalışır, digər tərəfdən beynəlxalq humanitar hüququ tapdalayaraq mina döşəməyə davam edir. Onlar dezinformasiya ilə məşğul olaraq Bakını beynəlxalq səviyyədə baş verən toqquşmaların səbəbkarı kimi göstərmək də istəyirlər. Ən son 12-14 sentyabrda törətdiyi təxribat nəticəsində 400-ə yaxın itki verən və yüz milyonlarla dollar dəyərində silah-sursatı, hərbi texnikası məhv edilən Ermənistan yenə öz təxribatlarından əl çəkmir. Lakin bu, İrəvanın özünün müstəqil verdiyi qərar deyil. Onlara “ağıl verən” Pelosi, ABŞ dərin dövləti, Fransa və bölgədə Türkiyəni, Azərbaycanı təkləmək istəyən qüvvələrdir. Yoxsa hazırda ordusunun əksər hissəsi məhv edilmiş Ermənistanın bir ədəd belə mina döşəməyə nə imkanı, nə də cəsarəti var. İndiki mərhələdə Azərbaycan özünün milli gücü ilə bu təxribatların cavabını verəcək gücdədir. Lakin əlbəttə ki, əgər ehtiyac yaranarsa, Türkiyə Şuşa Bəyannaməsinə görə Azərbaycana hər cür dəstək verəcək. Cənab Ərdoğan da iki gün öncə BMT-nin 77-ci sessiyasında çıxışı zamanı Türkiyənin hər zaman və bütün hallarda Azərbaycanın yanında olacağını dünyaya bəyan etdi”.шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024