Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (6-01-2015, 14:13)
Dünyanın ən yaxşı hakimi müəyyənləşdi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin ən yaxşı hakimlərinin adlarını açıqlayıb

 

Piasport.az xəbər verir ki, qurumun dünyanın bütün ölkələrində olan nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən 2014-cü ilin ən yaxşısı Nikola Rizzoli olub.
İtaliyalı FİFA referisi səsvermədə 131 xal toplayıb. İngiltərəli Hovard Uebb isə 78 xalla 2-ci olub. Maraqlıdır ki, 2013-cü ildə də İFFHS-in səsverməsində ilk iki yeri bu hakimlər tutmuşdu. Lakin 1 il öncə ingiltərəli birinci, italiyalı 2-ci olmuşdu.
Appeninlinin ən yaxşı olmasında Braziliyada keçirilən dünya çempionatının final oyununun məhz ona həvalə edilməsi də böyük tol oynayıb. Belə ki, Rizzoli Almaniya ilə Argentina arasında qarşılaşmada fit çalmışdı. Həmin oyunda avropalılar 1:0 hesabı ilə qalib gəlib.
61 xal toplayan almaniyalı Feliks Brix isə dünyanın 3-cü hakimidi. Hollandiyalı Byorn Kuypers (45 xal) 4-cü, özbəkistanlı Ravşan İrmatov (37 xal) 5-ci, portuqaliyalı Pedro Proensa (34 xal) 6-cı olub. İlk “onluq”da yer alan ispaniyalı Karlos Velasko Karvalyo 16, türkiyəli Cüneyt Çakır və meksikalı Marko Antonio Rodriges Moreno hərəyə 13, argentinalı Nestor Fabian Pitana 7 xal toplayıb.
Qeyd edək ki, sorğuda Azərbaycanı apasport.az saytının əməkdaşı, İFFHS-in üzvü olan Vüqar Xeyrullayev təmsil edib. O, 1-ci yerin sahibi kimi məhz italiyalıya səs verib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024