Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (16-06-2022, 09:12)
Güləş yığmamız Avropa çempionu oldu

 




Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləş üzrə yarışa yekun vurulub. Güləş tariximizdə növbəti parlaq nəticə qeydə alınıb. Belə ki, yeniyetmələrdən ibarət milli komandamız həm medalların sayına, həm də toplanan xallara görə rekorda imza atıb.
Mediatv.az xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi altında yollanan 10 idmançımızdan 8-i fəxri kürsüyə qalxıb.
Fəraim Mustafayev (55 kq) və Məhəmməd Qasımzadə (60 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıb.Beləliklə, 2 qızıl 5 gümüş, 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə U-17 yığmamız 175 xalla Avropa çempionu olub. Azərbaycan 2-3-cü yerləri bölüşən Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb. Bununla da millimiz titulunu qoruyub. Xatırladaq ki, komandamız ötən il Bolqarıstanda keçirilən analoji yarışda 155 xalla Avropa çempionu olmuşdu.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024